Həyatının ilk aylarını yaşayan uşaq üçün bütün qida tələbatlarını təmin edən ən vacib məhsul ana südüdür. Bu körpənin sağlamlığını və onun boyunun artmasına daha əlverişli şəraiti və orqanizminin inkişafını təmin etmək üçün təbiət tərəfindən yaradılmış mükəmməl qidadır.
Hər bir anaya müvəffəqiyyətli döş ilə bəsləmənin düzgün qaydalarını bilmək və yerinə yetirmək lazımdır:

1. Doğuşdan sonra ilk birinci saat ərzində döş ilkin alışdırma.
2. Uşağın istənilən digər vasitəyə öyrəşməməsi üçün ana döşündən başqa şüşə (butulka) və ya digər vasitələrlə yedizdirilməsi istisna edilməlidir.
3. Doğuşdan sonrakı lazımi proseduraları yerinə yetirdikdən sonra ana ilə uşağın eyni palatada birgə saxlanması.
4. Ananın döş ilə bağlı bir çox problem və ağırlaşmalardan yaxa qurtarması üçün uşağı döşə düzgün tutma vəziyyəti. İlk öncə yan üstə uzanaraq əmizdirmə daha rahatdır, tədricən isə oturaraq əmizdirməyə keçmək və sizə rahat olan vəziyyəti seçmək olar. Döş giləsi ilə bərabər, uşaq dodaqları ilə areolanı da tutmalıdır. Bu da öz növbəsində əmməni yüngülləşdirir və körpənin hava udmasını azaldır.
5. Uşağı tələbatına uyğun olaraq yedirdilməsi. İstənilən səbəblərlə uşağı döşə yaxınlaşdırmaq vacibdir, bununla da uşağa istədiyi vaxt və istədiyi qədər ana südü almağa imkan verilir. Bu nəinki uşağın əmməsi üçün lazımdır, həm də onun emosional rahatlığı üçün gərəkdir. İstənilən narahatlıq anında sutka ərzində gecələr də daxil olmaqla 8-10 dəfədən az olmamaq şərti ilə uşağı döşə yaxınlaşdırmaq lazımdır. Lakin bu zaman yadda saxlamaq lazımdır ki, uşağı narahatlığı həmişə aclıqla əlaqəli deyildir – uşaq üşüyə, sadəcə narahat ola, qorxa və s. halları ola bilər. Əmizdirmənin nə qədər davam etməsini uşaq özü müəyyən edir: uşağı özü döş giləsini buraxmadan əvvəl sinədən tez ayırmaq məsləhət görülmür. Sərbəst əmizdirmənin bu rejimi ana südünün böyük axınına imkan yaradır və kiçik körpənin yeməyə olan fərdi tələbatına cavab verir. Əgər əmizdirməyə gərək yaranıbsa, sadəcə çeçələ barmağı küncə qoymaq kifayətdir və bu zaman körpə ağzını açacaq.
6. Uşağa su və ya digər mayelər içirmək arzu edilmir. Əgər uşaq susayıbsa, onu  tez-tez döş yaxınlaşdırmaq lazımdır. Suyu ilin qızmar fəslində və ya uşağın xəstəliyi vaxtı, uşağın orqanizmində su itkisi artdıqda içirmək olar.
7. Döş giləsindən, əmzikdən və şüşədən əmizdirmədən qəti imtina. Gərək olduqda yeməyi ona fincandan, qaşıqla və ya pipetlə yedirmək lazımdır.
8. Uşaq birinci döşü tam əmib qurtarmayınca onu ikinci döşə yaxınlaşdırmaq tövsiyə olunmur. Əgər ana uşağı ikinci döşə yaxınlaşdırmağa tələsirsə, uşaq yağla zəngin “sonrakı” südü əldə etməyəcək və nəticədə uşaqda həzm etməklə bağlı problemlər: laktoza çatışmazlığı və ya köpüklü qarın işləməsi yarana bilər. Bir döşün tam əmilməsi bağırsağın tam funksiyasını təmin edir.
9. Əmizdirmədən əvvəl və sonra döş giləsinin yuyulması istisna olunmalıdır. Döşün tez-tez yuyulması areola və gilənin yağ qatının kənarlaşmasına gətirib çıxarır ki bu da çata gətirib çıxarır. Döşü adətən gün ərzində 1 dəfə, gigiyenik duş zamanı yumaq tövsiyə olunur.
10.  Adətən həftədə bir dəfəyə gətirib çıxaran uşağın çəkisinin tez-tez kontrol üçün çəkilməsi tamamilə mənasızdır. Bu proses körpənin tam qidalanması barədə obyektiv məlumat vermir. O, yalnız ananın narahat olmasına zəmin yaradır, laktasiyanın aşağı düşməsinə və əsassız olaraq doymamasına səbəb olur.  
11. Əlavə olaraq südün sağılması istisna olunması. Düzgün təşkil olunmuş döş ilə əmizdirmə zamanı süd uşağa lazım olan miqdarda hasil olunur, bu səbəbdən də hər əmizdirmədən sonra südün sağılmasına ehtiyac yaranmır. Südün sağılması ananın məcburiyyət qarşısında uşaqdan ayrılması və bununla da __ yedirtmə mümkün olmadıqda vacibdir.
12.  6 aya qədər uşaq yalnız döş ilə əmizdirilir və başqa qidalanmaya və əlavə yeməklərə ehtiyacı yoxdur. Həmçinin əgər ananın kifayət qədər südü varsa və uşaq həyatının ilk 6 ayında yaxşı boy atır və inkişaf edirsə, ona başqa əlavə yeməklər gərək deyildir.

Uşağı yedizdirdikdən sonra onu 5-10 dəq. vertikal şəkildə saxlamaqla qazın mədədən xaric olmasını gözləmək lazımdır. Bundan sonra uşağı yatağa (yaxşı olardı ki, yanı üstə) uzadırlar.

 

 

 

Əvvəlki məqaləSağlam qidalanma menyusu və vacib şərtlər
Növbəti məqalədəGöz zəifliyinin qarşısını necə almalı?