Doqquz ay səbrsizliklə gözlədiyiniz sevimli körpəniz dünyaya gəldi. Qadınların çoxu, həmçinin də kişiıər intim həyatın bərpa olunması barədə düşünürlər. Bu sual hamını narahat edir: sağlamlığa zərər vermədən nə vaxtdan sekslə məşğul olmağa başlamaq olar?

Hamının riayət edəcəyi birinci qayda- intim həyata doğuşdan 4-6 həftə əvvəl başlamamaqdır. Bu onunla əlaqədardır ki, uşaqlığın bərpa olunması və doğuşöncəsi ölçüyə qayıtması üçün zamana ehtiyacı var. Həm də ciftin birləşdiyi yerdə yaranan yara sağalmalıdır, əks halda oraya düşən hər hansı infeksiya uşaqlıqda iltihab əmələ gətirə bilər. Körpənin başı çıxdıqdan sonra uşaqlığın əvvəlki formasına qayıtması üçün doğuşdan dərhal sonra həkim-ginekoloq Keqelin işləyib hazırladığı xüsusi hərəkətlər etmək lazımdır. Bu hərəkətlər uşaqlıq divarını möhkəmləndirir, intim həyatı yaxşılaşdırır, həmçinin sidiyini saxlaya bilməyənlər üçün faydalıdır. Hərəkətlər uşaqlıq əzələlərinin yığılıb-açılmasından obarətdir, əvvəlcə yavaş-yavaş, sonra sürətlə. Hərəkətlərin rahatlığı ondadır ki, onları istənilən vaxt və istənilən yerdə etmək mümkündür.

Doğuşdan sonra intim həyat

Qadınların çoxu üçün doğuşdan sonra intim həyat ağrılı olur. Bu, uşaqlığın quruluğundan və ya əzələ gərginliyindən ola  bilər. Bunun baş verməməsi üçün ər xanımına masaj etməli, onun istək və hisslərini anlayışla qarşılamalıdır.

Bir çox qadınlar doğuşdan sonra sekslə məşğul olmaq istəyi keçirmir. Bunun bir neçə səbəbi var:

1. orqanlarını zədələmək qorxusu

2. yorğunluq

3. doğuşsonrası depressiya

4. bədən quruluşunda dəyişikliklə əlaqədar kompleks

5. yenidən hamilə qalma qorxusu

Bütün bu səbəbləri asanlıqla aradan qaldırmaq olar. Ər yoldaşına qarşı daha diqqətli olmalı, ona yardım etməlidir. Bu onun yeni roluna alışmasına, gərginliyi aradan qaldırmağa kömək olacaq.

Doğuşdan sonra intim həyat

İntim həyata başlayanlar qorunma vasitələri barədə düşünməlidirlər. Çünki doğuşdan sonra hamilə qalmaq şansı çox yüksəkdir. Ən etibarlı vasitə hormonal kontrasepsiyadır. Həmçinin doğan qadınlara uşaqlıqdaxili spiral məsləhət görülür. O, doğuşdan 1-1,5 ay sonra yerləşdirilir və 5 il fəaliyyət göstərir. Amma onun da əks göstərişi var. Xroniki ginekoloji problemi olan qadınlara spiral məsləhət deyil.

 

Əvvəlki məqaləYaşa görə qadın ehtirası necə dəyişir?
Növbəti məqalədəÜzü gözəlləşdirmək üçün cəmi 3 ucuz inqirdiyent