Bir tərəfdən doğum üçün səbirsizlənir bir yandan da lazımlı bütün hazırlıqları tamamlamağa çalışırsınız. Bunların ən əhəmiyyətlilərindən biri də doğum çantasıdır. Doğum çantası ehtiyacın olan hər şeyin əlinin altında olmasını təmin edəcəyindən bir ana namizədi üçün çox əhəmiyyətlidir. Erkən doğum ehtimalına qarşı doğuma bir neçə ay qala hazır olması lazım olan bu çanta sayəsində özünüzü daha rahat hiss edəcəksiniz.
Biz də sizin xəstəxanada doğum əvvəlində və sonrasında ehtiyac duyacağınız şeylərin siyahısını hazırladıq. Sizə düşən öz siyahınızı bizimkisi ilə müqayisə etmək. Beləcə ağılınıza gəlməyən amma mütləq lazımlı bir şeyləri də hiss edib, hazırlama fürsətini qazana bilərsiniz. Son olaraq, bu qədər çox şeyi nə edəcəyəm ki deyə düşünməyin . İstifadə etməsəniz belə bütün ehtimallara qarşı hazırlıqlı olmalısınız.
Sizin üçün:
* Hamiləlik və doğum cədvəliniz və həkim müayənələri tapıldığı faylınız, axırıncı etdirdiyiniz qan və sidik təhlilləriniz, sığorta kartınız, sağlamlıq talonunuz
* Yaxınlarınızın telefon nömrələri
* Nağd pul və kredit kartları
* 3 ədəd öndən açılan gecəlik və 1 ədəd pencək
* Əgər üşüsəniz geyə biləcəyik bir jilet
* Ayağınızı isti tutacaq qalın corablar
* İçində rahatladığınız asan geyilə bilən alçaq dikdaban bir cüt başmaq
* Pudra, diş pastası və fırçası, daraq, şampun, sabun, kağız salfet və dəsmal, nəmləndirici pomada, bədən kremi, təmizləmə dəsmalları
* 1 paket gigiyenik qadın pedi
* Pambıqlı və tək istifadəlik iç paltarları
* Döş ucları üçün krem
* Evə dönərkən geyə biləcəyiniz rahat paltarlar
Körpə üçün:
* Əmizdirmirsinizsə, uşaq yeməyi və əmzik
* Ədyal
* Avtomobiliniz varsa körpə kreslosu
* Dəsmal, körpə sabunu və şampunu
* Körpə bezi və altını təmizləmək üçün dəsmal
* 2 jilet, 2 pijama, 3-4 cüt corab, əlcək, şapka