Danışan Vitaminlər

A Vitamini

Mən A vitaminiyəm, böyüməniz, inkişafınız və göz sağlamlığınız üçün son dərəcə əhəmiyyətliyəm. Dərinizin, saçlarınızın, dırnaqlarınızın, diş ətlərinizin, dişlərinizin və sümüklərinizin sağlam qalmalarını təmin edərəm. İnfeksiyaya qarşı müqavimətinizi artırıb sizi xəstəliklərdən qoruyaram. Gecələri görməyinizi asanlaşdıraram və göz yorğunluğunuzu azaldaram. Məni kifayət qədər qəbul etməzsəniz dişləriniz formasız və sağlamlıqsız inkişaf edə bilər. Əgər məndən çox miqdarda alsanız baş ağrısı, yorğunluq, ishal, oynaq və sümük ağrısı, iştahsızlıq və qaşındıya səbəb ola bilərəm. Ən çox qırmızı və narıncı yarpaqlı tərəvəzlərdə, süd və süd məhsullarında, yumurtada, ciyər, kök, bişmiş ispanaq, quru ərik, brokoli, şaftalı, buruq salat və portağalda tapılaram.

Danışan Vitaminlər

B Qrupu Vitaminlər

Biz çox qarışıq bir ailəyik. Sizə enerji verərik, iştahınızı açarıq, sinir sistemi və maddələr mübadiləsi funksiyalarınızın düz işini təmin edərik. Bizi ən çox taxıllarda, ət, süd və süd məhsullarında tapa bilərsiniz.

B1 Vitamini (Tiamin)

Sinir və həzm sisteminizin işində, yediklərinizin enerjiyə çevrilməsində əhəmiyyətli bir rol oynayıram. Məndən az miqdarda alsanız iştahsızlıq yarada bilərəm. Məndən kafi miqdarda alsanız sinir və həzm sistemi pozuqluqlarınızı, ürək bulanmanızı, əzələ ağrınızı aradan qaldıraram. Məni ciyər, yer fındığı, göy noxud, kişmiş, portağal, quru paxla, bişmiş noxud, gül kələm yeyərək və yağsız süd içərək bədəninizə ala bilərsiniz.

B2 Vitamini (Riboflavin)

Yediklərinizin enerjiyə çevrilməsini təmin edərəm. Yemə və udmada çətinlik çəkirsinizsə, görmə pozuqluğu çəkirsinizsə və dəriniz quruyursa B2 vitamini ehtiva edən qidalar istehlak etmirsiniz deməkdir. Mən ciyər, yağsız süd, yağsız qatıq, toyuq, brokoli, ispanaqda bol miqdarda tapılıram. Məndən kifayət qədər alın ki, mən də sizi bu problemlərdən qurtarmağa kömək edim.

B3 Vitamini (Niasin)

Mən iştahı artıran və həzmi asanlaşdıran niasinim. Mən sinir sisteminizin nizamlı işini dəstəkləyərəm. Toyuq, yer fındığı, göy noxud və kartofda bol miqdarda oluram. Məndən az miqdarda alsanız ishala səbəb ola bilərəm, amma çox-çox alındığım təqdirdə ürək atışlarını poza bilərəm.

B6 Vitamini

Yediklərinizi bədəninizin istifadə edəcəyi molekulyar şəklə çevirməsi üçün məndən qəbul etməlisiniz. Əgər etməzsinizsə ağız kənarlarında yaralara və dərinizdə qaşındıya səbəb ola bilərəm. Banan, avokado, küftə, toyuq, balıq, kartof, ispanaq, göy noxud, qozda bol miqdarda oluram.

B7 vitamini(Biotin ya da H Vitamini)

Mən Biotin ya da H Vitamini olaraq da bilinən B7 vitaminiyəm. Glikoz maddələr mübadiləsində və bəzi yağ turşularının meydana gəlməsində təsirli bir vitaminəm. Ciyər, bişmiş yulaf, soya paxlası, yumurta, süd, toyuq, göbələk, banan yeyirsinizsə məndən bədəninizə ala bilərsiniz, mən də sizi əzələ ağrısı və yorğunluqlardan qoruyaram.

B9 vitamini(Folik Turşu)

Mən qırmızı qan hüceyrələrinin meydana gəlməsinə köməkçi olan folik turşum. Məndən kifayət qədər götürməsəniz diş ətində qanamağa və hüceyrə bölünməsində problemlərlə qarşılaşa bilərsiniz. Bu problemlərlə qarşılaşmamaq üçün nizamlı olaraq ciyər, ispana, göbək salat, bişmiş brokoli, banan, kəpək çörəyi yeməli və portağal suyu, greyfurt suyu içməlisiniz.

B12 Vitamini

Mən, ciyər, qırmızı ət, ton balığı, qatıq, yağsız süd, yumurta, toyuqda bol miqdarda olan B12 vitaminiyəm. Məndən kifayət qədər almayanlar, xüsusilə süd, qatıq, pendir və ya yumurta yeməyənlərin qan və sinir sistemində ziyan meydana gəlir. Bu səbəblə bədəninizin mənə çox ehtiyacı vardır.

Danışan Vitaminlər

C Vitamini

Mən sizi infeksiyalardan və soyuqdan qoruyan C Vitaminiyəm. İmmunitet sisteminizin güclənməsi və yaralarınızın yaxşılaşması üçün məndən hər gün qidalarla birlikdə qəbul etməlisiniz.

Danışan Vitaminlər

D Vitamini

Mən D Vitaminiyəm. Mən süd və süd məhsullarından aldığınız kalsiumun həzm edilməsi üçün lazımlıyam. Qulaqlarınızın içindəki kiçik sümüklər daxil olmaq üzrə bütün sümüklərinizin və dişlərinizin inkişafında əhəmiyyətli bir vitaminəm. Məndən Günəşdə çox miqdarda var günəşli havalarda gəzsəniz məndən bədəninizə ala bilərsiniz və sümükləriniz möhkəm olar. Krevet və yumurta sarısı kimi qidalarla da məni bədəninizə ala bilərsiniz.

Danışan Vitaminlər

E Vitamini

Mən E vitaminiyəm. Mən qırmızı qan hüceyrələriniz və əzələləriniz üçün lazımlıyam. Antioksidan xüsusiyyətim sayəsində hüceyrələrinizin və toxumalarınızın qorunmasını təmin edərəm. Ən çox günəbaxan yağı, bitki mənşəli yağlayar və toxumlarda tapılaram. İspanaq, brokoli, qırmızı ət yesəniz bədəninizə məndən kifayət qədər götürmüş olarsınız.

Əvvəlki məqaləDoğum çantası
Növbəti məqalədə15 dəqiqə idman ömrü uzadır