Dodaqlara qulluq qaydası

Hamar, dolğun və yumşaq dodaqlar, “gözəl” olmaqdan əlavə sağlamlıqdır da. Xüsusilə ağızın künclərində görülən infeksiya riski, belə dodaqlarda görülməz. Virusla keçən xəstəliklərin çatlamış dodaqlarda yerləşməsi çox asan olar. Üstəlik bunlar bir dəfə bədənə girdikdən sonra, bədənin digər bölgələrində də fəaliyyət göstərərlər. Səbəbləri arasında yorğunluq, C və B6 vitaminlərinin əskikliyi və immunitet sisteminin zəifliyi sayıla bilər. Belə vəziyyətlərdə, makiyaj etməyib virusa qarşı inkişaf etdirilmiş bir pomada istifadə etmək yerində olar.

 

*  Qliserin, çatlamış dodaqlara qısa davamlı bir yumşaqlıq qazandırar. Amma, uzun müddət istifadə ediləcək olsa, həssaslığa səbəb olar. Qədimlərdə edildiyi kimi kakao yağı tətbiq etmək çox daha yaxşı nəticə verər.

 

*  Dodaqlarınızın təbii bir rəngə və hamar bir səthə qovuşmasını və o cansıxıcı, quru qabıqlardan xilas olmağı istəyirsinizsə, bir diş fırçası köməyiylə, hər səhər diqqətlicə fırçalayın.

 

*  Üzünüzü nəmləndirərkən dodaqlarınıza laqeyd yanaşmayın.

Dodaqlarınıza da nəmləndirici sürdükdən sonra, bütün dodaq xətti boyunca, masaj edin. Çünki bu bölgə, ilk qırışıların meydana gəldiyi yerdir.

 

Ultrabənövşəyi şüalara qarşı qoruyucu funksiyası olan melanin maddəsindən məhrum olan dodaq dərisi çox həssasdır. Buna görə, qorunmaları üçün, bütün il boyunca, günəş filtrinə ehtiyac vardır.

 

*  Tez yaşlanmaların qarşısını almaq üçün bir başqa tədbir: hər gecə yatmazdan əvvəl makiyaj təmizlənməli, xüsusilə dodaqlar uzun müddət pomadalı qalmışsa. Bunun üçün, makiyaj təmizləyicinizi barmaq ucuyla dodaqlara yedirin, daha sonra bir parça pambıqla təmizləyin.

Əvvəlki məqaləKimlərin yanında hicabı açmaq olar?
Növbəti məqalədəEvlilikdə zaman keçdikcə niyə intim istək azalır?