Sizə çox dadlı, faydalı, azkalorili pəhriz salatının reseptini təqdim edirik.

Bu salatı istənilən arıqlamaq üçün olan pəhrizlərə daxil etmək olar – salat azkalorilidir və eyni zamanda çox doyumludur.

Tərkib:

– 1 banka konservləşdirilmiş tuna balığı

– 1 təzə xiyar

– 12-15 ədədə çerri pomidorları

– göyərti (zövqə görə)

– 2 x.q. limon şirəsi

Hazırlanması:

1. Balığı çəngəllə əzin.

2. Pomidorları 2 hissəyə bölün.

3. Xiyarı tikələrə doğrayın.

4. Göyərtiləri doğrayın.

5. İnqrediyentləri qarışdırın, limon şirəsini əlavə edin.

Nuş olsun!