Dadı qədər görünüşünü də sevəcəksiniz- Almalı tortƏrzaqlar:

•3 stəkan un;
•1 armudu stəkan pudra şəkəri;
•1 yumurta;
•1 armudu stəkan qatıq;
•200 gr kərəyağı;
•1 qabartma tozu;
•1 vanilya;

Alma üçün:

•4 rəndələnmiş alma;
•1 çay qaşığı darçın;
•3 yemək qaşığı şəkər tozu;

Üzəri üçün:

•3 yemək qaşığı pudra şəkəri;

Hazırlanması:

•Rəndələnmiş almaları, şəkər və darçın əlavəsi ilə almalar suyunu çəkənə qədər təxminən 10 dəqiqə qovurun.
•Soyuması üçün bir kənarda saxlayın.
•Yumurta və pudra şəkərini oval bir qabda qarışdırın.
•Qatığı, yumşalmış kərə yağını, vanilyanı, unu və qabartma tozunu əlavə edin.
•Bütün ərzaqlar həll olana kimi yoğurun.
•Hazırladığınız xəmirin dörddə birini ayırın və bir kənarda gözləyin.
•Geri qalan hissəsini unlanmış masada oxlovla 1- 2 sm. qalınlığında açın.
•Açdığınız xəmiri soba qabına diqqətlicə qoyun.
•Hazırladığınız almalı içliyi üzərinə yayın.
•Ayırdığınız xəmirdən qoz büyüklüyündə parçalar alın və uzun çubuq formasında açın.
•Xəmir parçalarını almalı tortun üzərinə qəfəs görüntü olacaq formada yerləşdirin. •Xəmirlərin kənarlarının yapışması üçün yavaşca basdırın.
•Almalı tortu, öncədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.
•İlıq olanda pudra şəkəri əlavə edin və dilimlədikdən sonra süfrəyə qoyun.

Nuş olsun!

Əvvəlki məqaləPendirin orqanizmə faydaları və zərərləri
Növbəti məqalədəƏn şanslı bürclər hansıdır?