“Cinsi əlaqəni kefli və uzun bir hala gətirmək cütlərin əlindədir” deyən təklifləri tətbiq edən cütlər, həm seksdən daha çox doyum və həzz alacaq, həm də cinsi birləşmə müddətlərini uzada biləcəklər.
 
Ünsiyyət: 
Cütlər cinsi həyatla  əlaqədar istək, gözləmə və duyğularını bir-birinə açıqca ifadə edə bildikləri bir ünsiyyətdə olmalıdır. Sırf  həyat yoldaşının könlüycə olsun deyə  seks edən bir qadın, çox soyuq davranıb həyat yoldaşının kifayət qədər həzz almasına maneə törədə bilər və  bu belə davam etsə kişidə erkən boşalma kimi problemlər baş verə  bilər. Açıq və rahat bir ünsiyyət bu cür problemlərə mane olar, cinsi həyatda  istədiyi və istəmədiyi şeyləri rahatlıqla danışa bilən bir cüt cinsi həyatdan  daha çox kef alar.
 
Uyğun mühit yaratmaq: 
Etibarlı və rahat olan bir məkanda cinsi əlaqə daha keflidir. Rahatlıqsız və etibarsız bir mühitdə olan cütün yaşayacağı həzz və kef azdır və əlaqə qısa davamlıdır.
 
Ön sevişmə müddəti: 
Qadınlar ön sevişmədən böyük bir həzz alırlar, ön sevişmə müddətinin ən az 20 dəqiqə olması lazımdır. Kişinin erkən boşalma problemini yoxlama altına alması və qadının orgazma çata bilməsi üçün ön sevişmə edilməlidir. Ön sevişmə əsnasında toxunma, oxşama və həzz alıb, həzz verməyə fokuslanan, bir-birinə olan sevgisini sevişərək göstərən cütün cinsi əlaqə müddəti uzanar.
 
Fantaziyalar və eşq oyunları:
Onunla  olan cinsi həyatınızdan artıq köhnə həzzi və kefi ala bilmirsinizsə cinsi həyatınızı təkrarlanan və darıxdırıcı  bir hala gətirmiş ola bilərsiniz. Bu vəziyyəti dəyişdirmək üçün etdiyiniz fantaziyalar və eşq oyunları cinsi əlaqə müddətinizi və aldığınız  həzzi artıra bilər. Ona erotik bir masaj etmək, təhrikedici bir rəqs, seks oyuncaqları, seksual alt paltarları və gecəlikləri geymək, erotik bir sürpriz etmək, dəyişik məkanlarda sevişmək, cinsi çağırışımlar edən smslər atmaq, erotik bir film izləmək, romantik şam işığında bir yemək yemək və ya  yeni tanış olmuş kimi eşqbazlıq edib pərəstişkarlıq etmək….
 
Sevgi, hörmət və öz güvən:

 Adam özüylə və bədəni ilə barışıq, özünə güvənirsə cinsi həyatında da daha rahat və aktiv olar. Əgər partnyoruna  sevgi və hörmət edirsə xoşbəxt bir birliyi olar. Cüt sevgi və seksual istəyini  bir arada tutarsa, seks və sevgi bir-birini xatırladar.  Sevişmə sevginin göstəricisi bir hərəkət olduğundan sevgini daha çox hiss edib, paylaşmaq üçün cütün cinsi əlaqəsini uzadar.
 
Ehtiras:
Əlaqəsində romantizm və ehtirasa əhəmiyyət verən cütlər, cinsi əlaqəni  mexaniki bir hərəkət halına gətirməz. Ehtiraslı və romantik bir cüt uzun və hərarətli  sevişmələr yaşar.
 
Qidalanmə: 
Cinsi iştahı artıran, afrodizyak qidalar  cinsi həyata müsbət təsir edər. Sevişmədən əvvəl ağırlıq  edən yeməklər yemək, soyuq içkilər, dondurma yemək cinsi istəyi azaldar. Yaxşı bir cinsi performans üçün nə aç, nə də  tox olunmalıdır.
 
İdman:
 Məşq və idman edən fərdlərin, dinc və sağlam olmaları səbəbiylə cinsi performansları daha yaxşıdır. Məşq edən kəslərin ürək atışları artdığı və qan dövranı sürətləndiyi üçün cinsi istəkləri artar. Penis və vagina  ətrafında iştirak edən pelvis əzələlərini işlədən hərəkətlər edərək cinsi həzzi uzatmaq mümkündür. Sağlamlığına diqqət yetirib siqaret və spirtdən uzaq dayanan kəslərin cinsi birləşmə müddətləri uzanıqlı olur. 
Əvvəlki məqaləGənc qalmaq üçün nə etmək lazımdır?
Növbəti məqalədəİşləyən anaların narahatlığı