Bu çay həzm sistemini gücləndirir və çəki atmağa kömək edir. Bu çay üçün lazımdır:
Bir limonun yarısı.
Bir yaşıl almanın yarısı.
2 çubuq darçın.
10 dənə mixək.
Bir dilim zəncəfil.
Yarım dəstə cəfəri.
5 stəkan su.
Limonun faydaları: arıqlamağa kömək edir, yağların yanmasına (əriməsinə) kömək edir. Qan şəkərini stabilləşdirir, iltihabın qarşısını alır.
Cəfərinin faydaları:  həzm sistemini gücləndirir, göbək yağlarını əridir, suqovucudur.
Mixəyin faydaları:  qazları özünə hopdurur, mədə bulantısını, ağız qoxusunu yox edir.
Darçının faydaları:  tox tutmağa yardımçı olur, qan şəkərini stabilləşdirir.
Zəncəfilin faydaları:  iştahanı azaldır, həzm sistemini gücləndirir və gün ərzində toxluq hissi yaradır.
Bu çayı hər gün dəmləyib təzə halda içmək lazımdır. Verilən ərzaqlar bir emallı qazana qoyulub, 30 dəqiqə vam odda dəmlənir. İsti və soyuq halda qəbul edilir.
Hər kəsə sağlamlıq arzulayıram!
Çəki atmağa kömək edən çay
Əvvəlki məqaləPəhrizsiz arıqlamanın sirrləri
Növbəti məqalədəQarın nahiyyəsindəki piylərdən xilas olmaq üçün bunları yeyin