çobanyastığı çiçəyi

Dünyanın ən bahalı məhsullarından biri də çobanyastığı çiçəyi yağıdır.

Bu yağın 1 litri beynəlxalq bazarlarda 10 min manata yaxın qiymətə alıcısını tapır.

Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir

Məhsul 8 ton çobanyastığı çiçəyindən distillə üsulu ilə əldə olunur. Mütəxəssislər bu yağın olduqca qiymətli, eyni zamanda toksiki təsirli olduğuna diqqət çəkir. Bu yağdan gündə yarım və ya bir damla istifadə tövsiyə olunur.

Min bir əziyyətlə əldə edilən çobanyastığı çiçəyi yağı dünyanın nadir ölkələrində, xüsusi layihələr çərçivəsində istehsal olunur. Ən çox kosmetika sektorunda bu yağdan istifadəyə üstünlük verilir.

Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir

İstehsalçılar may ayında yetişən çobanyastığının daha qiymətli olduğunu bildirir.

Bu yağın həzm sistemi problemlərinə, dəri ləkələrinə effektiv təsiri var.

Əvvəlki məqalə72 yaşlı Ajda Pekkan niyə qocalmır? – İnanılmaz SİRLƏR və ÖLÜMSÜZLÜK İKSİRİ – FOTO
Növbəti məqalədəQadınların 5 ən dözülməz sirri