Alimlərin fikrincə, stres döş xərçənginin qarşısını alır

 

 
Buna baxmayaraq, bir az öncə həkimlər stresin xəstəlik risqini artırdığını bildirmişdilər.

 

Danimarka alimlərinin apardıqları tədqiqat göstərib ki, gündəlik stresli situasiyalar sağlamlıq üçün xeyirli olduğu halda, qəfil güclü stresin (məsələn, yaxın qohumun ölümü) mənfi fəsadları var. Həkimlər güclü stres keçirən və döş xərçəngi ilə şübhəli bilinən qadınları müayinə ediblər. Onlar stresi güclü, orta və zəif olmaqla üç yerə bölmüşlər, həmçinin, stres keçirən qadınların emosional hallarını və fiziki göstəricilərini qeyd ediblər. Stres xəstələrdə özünü müxtəlif cür əks etdirirdi: bəziləri gərginlik, həyəcan, səbəbsiz qorxu hissi, digərləri isə yuxusuzluq hissi keçirirdilər. Testlər göstərdi ki, yaxın qohumun ölümü, ağır xəstəlik, qəza və sair kimi güclü stres keçirən qadınlarda döş xərçəngi müşahidə olunmamışdır. Danimarka alimləri müəyyən ediblər ki, güclü stres xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır. Həkimlər başda Naya Nelson olmaqla, bu cür hadisəni belə başa salırlar: güclü stres qadın harmonlarına təsir edir, əsasən də xərçəng hüceyrələrinə təsir göstərən estrogen harmonlarına.

 

 

 

 Çay qorxulu şişin əmələ gəlməsinin qarşısını alır

 

 
Son tədqiqatlar göstərir ki, həm qara, həm də yaşıl çay həzm yolunda yarana biləcək xərçəng xəstəliyinin qarşısını alır. Bu içkilərin tərkibində polifenol, antioksidant xüsusiyyətləri ilə zəngin olan kimyəvi maddələr var. Onlar hüceyrələri zədələyən boş radikalları neytrallaşdırır. Həmçinin, polifenollar yağlı yeməklərin tərkibində olan kanserogenlərin aktivləşməsini zəiflədir. Harvard Tibb Məktəbinin (ABŞ) alimləri aşkar ediblər ki, gündə ən azı bir fincan çay içən insanlarda infarkt təhlükəsi 44% azalır. Yaşıl çay ağız boşluğunu dezinfeksiya edir, bundan əlavə, kariyesi əmələ gətirən bakteriyaları məhv edir. Belə ki, bu xüsusiyyətə yalnız təzə dəmlənmiş çay malikdir.
 

 

Düzgün qidalanma xərçəng xəstəliyinin profilaktikasıdır
 
Xəstəliyin qarşısını almaq üçün qidalanma sistemini yenidən qurmaq lazımdır. Ilk növbədə, çətinəriyən yağlardan imtina etmək lazımdır. Bu növ yağlar donuz, mal ətinin, kərə yağının tərkibində olan yağlardır. Sadaladığımız ərzaqları qida rasionundan azaltmaq lazımdır. Lakin bunu dərhal deyil, tədricən və ağılla etmək lazımdır. Sağlam qidalanma sxemi aşağıdakı kimi olmalıdır: həftədə iki dəfə tərəvəz günü, iki dəfə balıq, həftədə bir neçə dəfə qaynanmış və ya pörtlədilmiş ət yemək olar. Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn, zeytun, qarğıdalı və soya yağları. Yaxşı olardı, tədricən qızardılmış yeməklərdən imtina edəsiniz. Belə ki, onlar ankoloji xəstəliyə tutulma risqini artıran kanserogen maddələrini özündə cəmləşdirir. Konservləşdirilmiş və hisəverilmiş balıq və ətdən də imtina etsəniz yaxşıdır. Əgər əti qaynadırsınızsa, onda bunu belə də edə bilərsiniz: ət qaynayıb 10 dəqiqə bişdikdən sonra suyunu süzün, təzə su əlavə edib yenidən qaynadın. Dəniz balığı, məsələn, treska, paltusun tərkibində yod var və onlar bizim harmonal fonumuzu normada saxlamağa kömək edir. Bu da şişlərin inkişafının qarşısını alır.

Ümumiyyətlə, özünü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə və tərəvəz olmalıdır.

Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da çox lazımidir. Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Təcrübələr göstərir ki, kalorili qida şişlərin inkişafını tezləşdirir.  Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür. Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də otlar və onların meyvələrindən hazırlanmış içkilər. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən, bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Çayların arasında yuxarıda qeyd etdiyimiz kimi, yaşıl çaya üstünlük vermək məsləhətdir. Onun tərkibində olan katehin və tanin orqanizmi xərçəng xəstəliyindən qoruyur. Iş rejimini, istirahəti və idmanla məşğul olmağı unutmaq olmaz. Eyni zamanda, ətraf mühitin çirklənməsi də xoşagəlməz şişlərin yaranmasına səbəb olur. Güclü mənfi emosiyalardan qaçın. Qidanızı, həyatınızı planlaşdırın və sağlamlığınızı qorumaq naminə nədənsə imtina etməyi bacarın.

 

Əvvəlki məqaləSaç problemlərindən necə qurtulmalı?
Növbəti məqalədəSeyrək qaşlardan xilas olmağın 6 yolu