Təbii üsulla hazırlanmış maskalar üz dərisi üçün həm sağlamlıq, həm də keyfiyyət baxımından effektli olur.

Lazım olanlar:

* Tam yetişmiş yarım ədəd avokado
* 2 xörək qaşığı aloe şirəsi
* 2 xörək qaşığı avokado yağı və ya zeytun yağı.

Yarım ədəd tam yetişmiş avokado çəngəllə əzilir, üzərinə aloe şirəsi və yağlardan biri əlavə edilir. Qarışıq üzün dərisinə sürtülür, 20 dəqiqə saxlanılır, sonra yuyulur. Qarışığın qalan hissəsi soyuducuda saxlanılır.

Bu maska üzün dərisini nəmləndirir, dərini təravətləndirir, üzü gənc göstərir. Dəridəki ölü dəri hüceyrələrinin tökülməsində və yeniləri ilə əvəz olunmasında avokado maskasının faydası əvəzolunmazdır.

Əvvəlki məqaləQadın belinin ideal ölçüsü neçə olmalıdır?
Növbəti məqalədəƏllərimizin və dırnaqlarımızın gözəlliyi