Üzümün toxumlarını atmayın! – Həkim faydalarını AÇIQLADIBir çoxları “tumlu” üzümü sevmir, yaxud yedikdə də, tumlarını atır. Lakin üzüm toxumlarının bilmədiyiniz faydaları var.

Bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “İnstagram” səhifəsində paylaşım edib:

“Üzüm yeyin, amma toxumunu da mütləq”. Həkimin sözlərinə əsasən, qara üzüm toxumunun tərkibində ürək-damar xəstəlikləri riskini və xolesterini azaldan resveratrol var. Onu toz halına salıb 1:3 nisbətində bala qataraq uşaqlara vermək onların fiziki və zehni inkişafına müsbət təsir göstərir.

Dr. Eldaroğlu qeyd edib ki, üzüm toxumu yağı da yaşlanma və günəş ləkələri əleyhinə effektiv təsir göstərir və tərkibində omeqa və E vitamini olduğundan dərinin elastikliyini bərpa edir.

Əvvəlki məqaləBu qidaları acqarına qəbul etməyin
Növbəti məqalədəUşaqların yaddaş və zehnini gücləndirmək üçün MÖCÜZƏVİ RESEPT