Tətbiq olunduğu andan etibarən üzünüzün şar kimi şişib gərildiyini hiss edəcəyiniz və nizamlı tətbiqdə üzünüzü botoks etdirmiş kimi gərgin, hamar və canlı göstərəcək maska huzurunuzda.

Botoks effektli üz maskası

VƏSAİTLƏR

1 yumurta sarısı
0,5 çay qaşığı limon suyu-(5 ml)
1 çay qaşığı süd-(10 ml)
1 çay qaşığı bal
1 çimdik duz

Hazırlanması:

Yuxarıda verdiyim lazımlı vəsaitlər siyahısındakı bütün vəsaitləri bir kasa içərisinə qoyun.

Taxta bir qaşıq ilə yaxşıca qarışdırın.

Əldə etdiyiniz qarışığı əvvəl 1 qat olaraq üzünüzə bir fırça ilə sürtüb, 10 dəqiqə qədər gözləyin.
10 dəqiqənin sonunda 2-ci qatı sürtün və bir on dəqiqə qədər daha gözləyin.

Son olaraq üçüncü qatı sürtün və on dəqiqə daha gözlədikdən sonra üzünüzü ilıq su ilə təmizləyin.

Əgər dərinizdən çətin çıxırsa yüngül bir sabun da istifadə edə bilərsiniz.

Bütün bu əməliyyatlardan sonra üzünüzü bir nəmləndirici ilə nəmləndirin…

 

Əvvəlki məqaləMakiyajda hansı rənglər qadını cavan göstərir?
Növbəti məqalədəMəşhur ƏTRİYYATÇI bədəndən xoş ətir gəlməsinin sirrini açdı: “Hər gün bu meyvədən yeyin” – MÜSAHİBƏ