Bel ölçünüz xərçəng riskini göstərir

 Londondakı araşdırma qrupu, 20 yaşlardan sonra hər onildə bir, daha böyük ölçüdə yubkaya keçən bir qadının, klimaksdan sonra döş xərçənginə tutulma riskinin yüzdə 33 % yüksəldiyi nəticəsinə gəliblər.

Həddindən
artıq kök, xüsusilə qarın bölgəsindəki yağlanılma, xərçəng riskini
artıran bir faktor olaraq vurğulanır. Universitetin Qadın Xərçəngi bölümüdən,
Professor Usha Menon, BBC-yə verdiyi müsahibədə, araşdırmada
İngiltərədə yaşayan 50 və 60 yaşlarda 90 min qadının kilo və sağlamlığını təqib
etdiklərini izah edib.

 

3 illik izləmə müddətində bu qadınlardan 1090-da döş xərçəngi
olduğu üzə çıxıb.

 

Bir
qadının 25 yaşından kilmaks dövrünə qədər keçən zaman ərzində geyindiyi yubkalar, hər on ildə bir bədən daha da böyüyürsə (məsələn 40-dan 42-yə çıxırsa)
döş xərçəngi riski yüzdə 33 % artır, eyni müddət ərzində yubka bədəni iki qat və ya
daha da artırırsa, xərçəng riski də buna paralel olaraq yüzdə 77 %-yə qalxır.

  Araşdırmanın nəticələrini analiz edən döş xərçəngi
mütəxəssisi,  Simon Vincent, döş xərçəngi xəstəliklərinin, təxminən yüzdə
40 %-nın müntəzəm idman və sağlam bir çəkidə qalmaq şərtilə qarşısı alınacağını qeyd edir.

  Həddindən artıq kök qadınların həyat
tərzlərini dəyişdirərək, risk faktorunu azalda biləcəklərini yazan Vincent,
qadınların gənc yaşdakı bədən kütlə indeksinə çox təsir edən ətək bədənlərini
daha yaxşı xatırladığını və xərçəng riskini bu şəkildə daha asan dəyərləndirə
biləcəklərini  ifadə edir.

 

Spirt qəbuluna diqqət.

 

Bu araşdırmanın bəzi zəif nöqtələrindən biri olduğu qəbul edilir. Araşdırmaya qoşulan qadınlar istisnasız 20 yaşlarda ətək bədənini xatırlıya bilənlər
arasından seçilmişdir. Buna görə ümumi qadın əhalisini əhatə etmir…

  Lakin xərçəng mütəxəssisləri, klimaksdan sonra
qadınların döş xərçəngi riskini azaltmaq üçün kilolarına diqqət etmələri
lazım olduğunun araşdırmalarda da ortaya çıxdığını vurğulayırlar.

  Xüsusilə bu yaş qrupundakı qadınlara, hərəkət
etmələri, sağlam bir kiloda qalmaları və spirt qəbulunu azaltmaları
məsləhət görürlür.

 

 

Əvvəlki məqaləQulaqcıq istifadə edənlər təhlükədə…
Növbəti məqalədəLimon suyunun faydaları