Saçlarınıza əl gəzdirin.

 

Əliniz üçün istifadə etdiyiniz, nəmləndiricilərdən
bir az saçınıza sürtsəniz uçuşan və elektriklənən saçlarınızı yatırmış
olarsınız. Nəmləndiricini duş əsnasında sürtsəniz saçlarınızı quruladıqdan sonra
daha parlaq və canlı olduğunu görərsiniz.

 

Kirpiklərin görünüşü.

 

Əgər sürdüyünüz kirpik üçün tuş, kirpiklərinizi istədiyiniz kimi göstərmirsə tuşu qətiliklə kirpik uclarına
sürtməyin. Bunun yerinə kirpik diblərinə sürtməyi istifadə edin.

 

 
Dəriniz parlıldayırsa.

 

Dərinizi qurutmadan matlaşdırmanız lazımdır. Tonal kremi çəkməzdən öncə matlaşdırıcı kremlər istifadə etməlisiniz. Və gündəlik kremlər istifadə edərkən
bunların jel olmalarına diqqət edin. 

 

Gözlərdəki şişlik.

 

Səhərlər oyandığınızda gözləriniz qızarmış və şişmişsə yatdınız otağı
havalandırmalısınız. Daha sonra isə rahatlaşdırıcı losyona batırdığınız pambığı
gözlərinizin üzərində ən az 10 dəqiqə gözlədin. 

 

Aseton istifadəsi.

 

Asetonlu pambığı dırnağınız üzərinə sürtmək dırnaqlar üçün çox təhlükəlidir.
Bunun üçün pambığı bir neçə saniyə dırnağın üzərində gözlətdikdən sonra tək
hərəkətlə istifadə edə bilərsiniz.
Yumşaq əllər.

 

Əl kreminin dərinizdə daha yaxşı həll olmasını istəyirsinizsə əllərinizin içi
isti su dolu bir qazanın üzərində yaxınlaşdırın. Beləcə dəri üzərindəki məsamələr
açılacaq və krem dəriyə asan nüfuz edə biləcək

 

Mat dodaqlar üçün.

 

Mat pomadaları sevirsinizsə dodaq qələmi istifadə etməlisiniz. Beləcə
dodaqlarınız parlamayacaq. Yalnız dodaq qələmi ilə də dodaqlarınıza rəng
verə bilərsiniz. Amma burada diqqət yetirməniz lazım olan bir nöqtə var,qələmi dodağınıza dik hərəkətlərlə vurduqdan sonra barmağınızla yaxşıca paylamalısınız. 

 

 

Göz kölgəsinin  istifadəsi.
Əgər tenləriniz göz qapaqlarınızın üzərində yığılırsa qətiliklə yağ əsaslı göz kölgəsi istifadə etməyin.
Əvvəlki məqaləCazibədar bir qadın olmanın sirrləri…
Növbəti məqalədəSaçı tökülən kişilərin dərmanı – BU BİTKİDİR