Oduki təbii və emal olunmamış ərzaqlardan təşkil olunmuş zənginləşdrilmiş və balanslaşdırılmış qida rasionu sizi vacib olan bütün lazımi keyfiyyətli vitaminlərlə təmin edəcək.

Kalsium –   Pendir, süd, kəsmik, kefir, yaşıl tərəvəzlər. Süd məhsullarında çoxlu miqdarda yağ olduğundan çalışın imkan daxilində yağsız kəsmik, üzsüz süd, ayran və s. qəbul edəsiniz.    Bu maddə olmadan uşağın təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlanan sümük toxumalarının və dişlərinin düzgün formalaşması mümkün deyildir. Kalsium sizə adi vaxtlardan iki dəfə artıq vacib olacaq.

Zülallar  – Balıq, ət, qoz, paxlalı, süd məhsulları – bunların hamısı zülallarla zəngindir. Heyvan mənşəli məhsullarda da yağ az deyildir, lakin yaxşı olardı ki, onların qəbulunu azaldasınız. Bu səbəbdən ət yavan (yağsız), yumurta isə təzə, amma tam bişmiş olmalıdır.     Hamiləlik vaxtı zülallara olan tələbat artır, ona görə də çalışın yüksək protein tərkibli ərzaqlar qəbul edəsiniz.

Sellüloz  – Sizin lap çox yeyə biləcəyiniz meyvə və tərəvəzlər. Kəpəyə çox aludə olmayın – o digər qida maddələrinin həzminə mane olur. O, olmadan da kifayət qədər sellüloz mənbəyi mövcuddur.    Sellüoz sizin gündəlik qida rasionunuzun mühüm hissəsini təşkil etməlidir, belə ki, o, hamiləlik dövründə tez-tez müşahidə edilən qəbizliyin qarşısını alır.

Dəmir   – Dəmir heyvan mənşəli qidalarda, bitki mənşəlilərə (paxla, qurudulmuş meyvə) nisbətən daha asanlıqla həzm olunur. Əgər siz ət yemirsinizsə, dəmir və C vitamini ilə zəngin olan digər ərzaqlar qəbul edin. Dəmirin ən yaxşı mənbəyi qara ciyərdir, amma onda A vitamini çoxdur, bunun isə həddən artıq olması döl üçün təhlükəsiz deyil. Buna görə də qara ciyərdən hazırlanmış yeməkdən uzaq durmaq lazımdır.    Vəzi çox tələb olunur. Uşaq onu doğuşdan sonrakı inkişafı üçün öz orqanizmində toplayır. Ana orqanizmi tərəfindən hasil olunan qan dəmirlə zəngin olmalıdır. Dəmir preparatları sizə qanazlığı hallarında yazıla bilər, hərçənd ki, bəzi həkimlər onları bütün hamilə qadınlar üçün yazırlar.

Duz –Duzdan sui-istifadə zərərli vərdişdir, ələxsus da hamiləlik dövründə, belə ki, bu qestozun və ağır şişlərin səbəblərindən biri ola bilər. Çalışın duzlu yeməyəsiniz.

Maye   Hamiləlik vaxtı böyrəkləri qorumaq və qəbəliyin qarşısını almaq son dərəcədə vacibdir. Bunun üçün ən yaxşı vasitə sudur.

Vitamin A    Kök, kahının yarpaqları, kələm, bitkilərin yaşıl hissələri, qara ciyər və böyrək, dəniz balığı, yumurta sarısı, kərə yağı, qaymaq, qıcqırdılmış (turşudulmuş) süd məmulatları    Maddələr mübadiləsini normallaşdırır, böyümə prosesində iştirak edir, dişlərin, dərinin, saçın, dırnaqların və qalxanvarı vəzinin formalaşması üçün faydalıdır.

Vitamin B1 (tiamin)    Qulançar (quşqonmaz), kartof, pivə mayası, təmizlənməmiş dənli bitkilər, narınlaşdırılmış buğda dənələri, qoz, paxla, qalın üyüdülmüş undan bişirilmiş çörək    Həzm və boy üçün faydalıdır, sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmazdır.

Vitamin B2 (riboflavin)    Kələm, pivə mayası, təmizlənməmiş dənli bitkilər, narınlaşdırılmış buğda dənələri, yaşıl tərəvəzlər, qoz, qıcqırdılmış (turşudulmuş) süd məmulatları    Göz və dəri üçün, eləcə də embrionun böyüməsi və inkişafı üçün xeyirlidir.

Vitamin B3 (nikotin turşusu)      Pivə mayası, narınlaşdırılmış buğda dənələri, yaşıl tərəvəzlər, balıq, yumurta, qıcqırdılmış (turşudulmuş) süd məmulatları, qoz, soya    Baş beyin hüceyrələrinin formalaşmasına yardım edir, maddələr mübadiləsi üçün əvəzedilməzdir.

Vitamin B5 (pantoten turşusu)    Buğda kəpəyi, yumurta, pendir, qoz, pivə mayası, qıcqırdılmış (turşudulmuş) süd məhsulları, bitkilərin yaşıl hissələri, yer fındığı      Maddələr mübadiləsində, qırmızı qan hüceyrələrinin formalaşmasında iştirak edir.

Vitamin B6    Pivə mayası, narınlaşdırılmış buğda dənələri, tərəvəz, banan, qıcqırdılmış (turşudulmuş) süd məhsulları, balıq, ət        Doymamış yağ turşularının həzmini yaxşılaşdırır, əzələlər üçün çox vacibdir, sinir sistemi üçün isə sinif sistemi üçün xeyirlidir. Qırmızı qan hüceyrələrinin formalaşmasına yardım edir.

Vitamin B9 (fol turşusu) B12        Qıcqırdılmış (turşudulmuş) süd məhsulları, yumurta, soya, pivə mayası, göy soğan, kahı, bitkilərin yaşıl hissələri, malın qara ciyəri, qoz    Körpənin və ananın mərkəzi sinir sistemi, hüceyrə bölgüsü üçün xeyirlidir. Anadangəlmə baş və onurğa beyni defektlərini fol turşusu çatışmazlığı ilə əlaqələndirirlər. Fol turşusunun qəbulunu hamiləliyin ilk 3 ayında qəbul etməyi məsləhət görürlər.

Vitamin C (askorbin turşusu)     Təzə meyvələr, bütün təzə tərəvəzlər, yaşıl bibər, pomidor, turşəng (quzuqulağı), limon, göy soğan, itburnu       

Cifti möhkəmləndirir, dəmirin həzm olunmasına yardım edir, qan damarlarının elastikliyini artırır, infeksiyalara qarşı müqavimət göstərməyə yardım edir.

Vitamin D    Yumurta, süd, kərə yağı, qara ciyər, balıq    Sümüklərin normal inkişafı, ürəyin fəaliyyəti, əsəb sisteminin həyəcanlanma qabiliyyətinin (qıcıqlanmanın) tənzimlənməsi üçün çox vacibdir

Vitamin E    Narınlaşdırılmış buğda dənələri, bitki yağı, yaşıl yarpaqlı tərəvəzlər, təmizlənməmiş dənli bitkilər və paxlalı bitkilər    Sağlam hüceyrələrin formalaşmasına yardım edir, ürək əzələlərinin fəaliyyətini təmin edir, trombların formalaşmasına mane olur, diabet və astmanın müalicəsində effektivdir.

Vitamin K    Yaşıl yarpaqlı tərəvəzlər   .Qanın normal laxtalaşmasına imkan verir.

Əvvəlki məqaləQadın klimaksını yaxınlaşdıran amillər
Növbəti məqalədəYayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyə