pəhrizMütəxəssislər 40 yaşdan sonra arıqlamağın yollarını açıqlayıb.
Yaşlandıqca maddələr mübadiləsi, hormonlar və dəyişən fəaliyyət səviyyələri ilə əlaqəli olaraq çəki atmaq çətinləşir.
Dietoloq Meri Sabat Şefaynds 40 yaşdan sonra arıqlamağın bir neçə yolu barəsində danışıb.
Onun sözlərinə görə, hər şeydən əvvəl təzə meyvələr, tərəvəzlər, yağsız zülallar və dənli bitkilərdən olan qidalara üstünlük verilməlidir:
“Çünki bu cür qidalar bədəninizi tələb edilən əsas komponentlərlə təmin edir. Aclıq hissini və ümumi kalori qəbulunu azaldır”.
Diyetoloq, həmçinin “fast food”lardan uzaq durmağı, ev şəraitində  bişmiş yeməklərin istifadəsini tövsiyə edib.
Mütəxəssis bildirib ki, normal yuxu rejimi arıqlamaq üçün çox vacibdir. Çünki yuxu hormonları tənzimləyir, stressi azaldır və maddələr mübadiləsini gücləndirir.
Şefaynds gündəlik hərəkət rejiminin nizamda olmasının vacibliyini də vurğulayıb:
“Gündəlik gəzintiyə çıxmaq, yüngül idman hərələtləri etmək artıq çəkilərdən xilas olmağın ən yaxşı alternativləri arasındadır. Bu, çəkilərlə yanaşı əsəbi, stressi azaldacaq və ümumi sağlamlığınızı da yaxşılaşdıracaq”.

Əvvəlki məqaləYatanda bunları etməyin ki, ömrünüz uzun olsun
Növbəti məqalədəOruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər