Əgər ananın südü azdırsa və ya ümumiyyətlə yoxdursa, uşaq süni şəkildə, xüsusi uyğunlaşdırılmış süd qatışıqları ilə qidalandırılır.
Əksər süd qatışıqları inək südü əsasında hazırlanır, bu xüsusi şəkildə “hazırlanır”, ondan bəzi artıq minerallar kənarlaşdırılır, və çatışmayanlar əlavə edilir. Məsələn, inək südü döş südündən müstəsna dərəcədə zəngin natrium, kalsiumun olması ilə fərqlənir, lakin bəzi vitaminlər (C, E) isə inək südündə kifayət qədər deyil. Bundan əlavə, uşaqlar üçün qida qarışıqlarının hazırlanması zamanı zülalın tərkibi dəyişdirilir (“optimallaşdırılır”), bu zaman onun miqdarı da azaldılır. Məsələ burasındadır ki, körpənin orqanizmi zülalın yüksək miqdarını həzm edə bilmir, ona görə də həyatın ilk aylarında yüksək tərkibli (1,7 qr. / 100 ml) zülalın istifadəsi (xüsusilə tam süd və ya kefir) xoşagəlməz nəticələrə – böyrəklərə yüklənməni artırır, sonrakı yaşlarda piylənmənin inkişafının yüksəlmə riskinə – səbəb  ola bilər. Həyatın ilk aylarında uşaqlar üçün zərdab proteinləri ilə zəngin, lakin zülalın miqdarının döş südünün tərkibindəki zülalın miqdarına qədər azaldılmış  qida qatışıqları daha faydalı hesab edilir (müqayisə üçün: döş südündə zülal – 1,2 qr/100 ml, inək südündə isə 3,2 qr/100 ml). Müasir uşaq qida qatışıqlarının tərkibi normal inkişafı və boy artımı üçün labüd olan bütöv vitamin və mineral kompleksinə malikdir. Əlavə olaraq selen və nukleotid tərkibli qatışıqlar daha çox üstünlüyə malikdirlər.
 
Südəmər uşaqların rasionuna – xüsusilə bu yaş dövründə  –  tam inək və ya keçi südü (o cümlədən qatılmış süd) və ya kefir daxil etmək qəti olmaz. Bu məhsullar uşaqlara həyatlarının ilk ayları üçün nəzərdə tutulmur. Belə ki, nu məhsullar pis həzm olunur, adətən allergik reaksiyalara və həzm pozuntusuna səbəb olur və qeyri-balanslaşdırılmış, bir çox vacib qida maddələri baxımından defisit tərkibə malik olur. Bundan əlavə, onların həyatın birinci ilində vaxtaşırı istifadəsi dəmir çatışmazlığı, qanazlığı halının inkişafına səbəb ola bilər. Döş ilə əmizdirmənin mümkün olmadığı halda yalnız müasir uyğunlaşdırılmış qatışıqlar ana südünü əvəz edə bilər.
 
Sağlam uşaqlar üçün nəzərdə tutulmuş uyğunlaşdırılmış qatışıqlar arasında faydalı əlavələrə malik müasir qatışıqları xüsusilə qeyd edirlər:
• Tərkibində faydalı bakteriya-probiotiklər – bifidobakteriyalar və lakobakteriyalar olan qatışıqlar. Belə qatışıqlar uşaqlarda bağırsaq infeksiyalarının inkişafı riskinin aşağı düşməsinə və onların immunitetinin möhkəmlənməsinə təkan verir.
• Faydalı bifido-bakteriyanın artmasına və nəticə etibarı ilə körpənin immunitetinin möhkəmlənməsinə, o cümlədən bağırsaq mikroflorasının tərkibinin yaxşılaşmasına yardım edən bifidogent effektli tərkibə malik qida qatışıqları.
• Faydalı qida lifləri-prebiotiklərə malik, uşağın rahat həzm etməsinə və düzgün qarın işləməsini təmin edən qida qatışıqları.
• Uşaqda allergik xəstəliklərin inkişaf riskini azaldan (qismən parçalanmış zülal əsasında) profilaktik hipo-allergik qatışıqlar.
• Bağırsaq mikroflorasının tərkibinin normallaşmasına imkan verən və bağırsaq infeksiyalarının inkişafını aşağı salan turş-süd qatışıqları.

Hazırkı elmi araşdırmalara əsasən döş südündən yararlanmayan uşaqlar döş südü ilə qidalanan uşaqlara nisbətən xoşagəlməz bağırsaq mikroflorasının yaranmasına və infeksiyalara daha çox məruz qalır. Xüsusilə onların bağırsağı daha az bifido-bakteriyaya malidir ki, bu da bağırsaq infeksiyalarının inkişafı riskini artırır. Bu səbəbdən süni qidalandırma halında sağlam körpə üçün süd qarışığının tərkibi nəinki ana südünkünə yaxın olmalı (yəni uyğunlaşdırılmış), həm də immunitetin möhkəmlənməsinə yardım etməlidir.
 

Əziz ana! Klinik araşdırmalar göstərir ki, bifidogen təsirli bifidobakteriya-probiotiklərə malik qatışıqlar ilə qidalanma bağırsaq mikroflorasının döş ilə qidalanan uşaqlarda olduğu kimi sağlam qalmasına yardım edir.
 İmmunitetin möhkəmləndirilməsi, beynin və görmə orqanlarının tam inkişafı üçün yaxşı olardı ki, südəmər uşaqlar üçün çox vacib olan qəliz adlara malik dokozogeksaen (DHA) və araxidon (ARA) yağ turşuları daxil edilsin.

 
Süd qatışığı ilə yedirtmə zamanı bir qayda olaraq qidalanmanın təxmini saatları müəyyən edilir – sağlam vaxtında doğulmuş uşaqlar üçün yedirtmələr arasında interval təxminən 3-3, 5 saat təşkil edir. Qatışığın təxmini miqdarı bankanın üzərində göstərilir. Lakin valideynlər nəzərə almalıdır ki, uşaqların yeməyə olan tələbatları individualdır. Bu səbəbdən süni yedirtmədə südün şüşədəki miqdarı uşağın normal qidalanmasından 20-30 ml çox olmalıdır. Əgər uşaq hər yedirmədə daha artıq qida sorursa, bu qatışığın həcminin artırılmasına bir siqnal ola bilər. Bir şeyi də xatırlamaq lazımdır ki, müxtəlif qidalanmada uşaq müxtəlif miqdarda süd qəbul edə bilər (ya çox, ya da bir qədər az).
 
 Qidalandırma üçün düzgün qatışıq seçimində sizə pediatr kömək edə bilər.Odur ki,mütəxəssis məsləhətindən yararlanmaq həmişə köməyinizə çatacaq.
Əvvəlki məqaləHamiləlikdə qripdən qorunmağın yolları…
Növbəti məqalədəMenopauza nədir?