sağlam qidalanma“Orucun məqsədi sağlamlıqdır, çox yeyib mədədə fəsad yaratmaq və ya az yeyib virusa, xəstəliyə qarşı müqavimətsiz qalmaq deyildir”.
Qadin.az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan qidalanma və dietologiya mütəxəssisi, dosent İsmail Özkaya deyib. Mütəxəssis oruc zamanı həzm sisiteminin dincəldiyini və immunitetin möhkəmləndiyini bildirib. Onun sözlərinə görə, oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil yoxdur. Əksinə, orucun immuniteti möhkəmləndirməsi haqda elmi araşdırmalar olduğunu deyən alim oruc tutan şəxsin sümük iliyinin buna uyğunlaşdığını, qan yaranmasının artdığını vurğulayıb. Onun sözlərinə görə, oruz zamanı orqanizm zərərli maddələrdən təmizlənir. Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır. Oruc sayəsində həzm sistemi dincəlir, immun sistemi isə güclənir.

Mütəxəssis deyib ki, iftar və sahurda gündəlik ehtiyac duyulan qədər protein, yağ, karbohidrat, vitamin və minerallar qəbul olunmalıdır. O, sahurda protein və liflə zəngin qidalar qəbul etməyi məsləhət görüb. İftar və sahurda qidalar yavaş-yavaş, az miqdarda yeyilməli, çox çeynənməli, daha çox tərəvəz, göyərti, meyvə qəbul olunmalıdır: “Ramazan ayı boyunca sağlam və düzgün qidalanmaq vacibdir. İftar və sahur arasında ən azı iki litrə qədər maye içilməlidir. Sahurda mədədən gec həzm olunacaq, uzun zaman tox tutan, protein, liflə zəngin süd, qatıq, kefir, pendir, yumurta, xurma, çörəkotu, qoz, badam, fındıq, quru paxlalılar, taxıl məhsulları, qara çörək, düyü yeyilməlidir”.
O, metabolizm prosesini zəiflədən, artıq çəki yığmağa səbəb olan çox yağlı, xəmirli yeməklər, şirniyyatlardan, qızartma və duzlu yeməklərdən uzaq olmağı tövsiyə edərək deyib ki, orucluq boyunca lifli və qəbizliyi aradan qaldıran məhsullar daha çox qəbul olunmalıdır.
Onun sözlərinə görə, xurma, qırmızı çuğundur, qatıq iftar və sahurda bol-bol yeyilməlidir. Xurma enerji və karbohidtatla zəngin lifli qidadır. Qatıq proteinlə zəngin olmaqla yanaşı orqanizm üçün çox zəngin olan probiotik qaynağıdır. Evdə hazırlanması daha məqsədəuyğundur. Vitamin və minerallarla zəngin, bol enerji deposu olan qırmızı çuğundur isə immuniteti gücləndirir.

Əvvəlki məqaləMükəmməl cinsi münasibət: 3 seks qaydası
Növbəti məqalədəÇox faydalı, dadlı, ucuz resept