mətbəxUşaqlara faydalı yeməkləri sevdirmək bəzən çətin olur. Faydası çox olan nahar resepti üçün dəftər-qələmini götür və başladıq…⠀

Lazım olan ərzaqlar: ⠀
– kərə yağı;⠀
⁣- 4 ədəd kartof;⠀
⁣- 3 ədəd yerkökü;⠀
⁣- 1 ədəd yumurta;⠀
⁣- 100 qr krem pendir;⠀
⁣- 4 x. q. un;⠀
⁣- 1/2 paket qabartma tozu;⠀
⁣- Duz, istiot və başqa ədviyyat zövqə görə.⠀

Hazırlanma qaydası:⠀
Kartof və yerkökünü təmizəyib və yaxşıca yuyub sürtgəcin kiçik tərəfindən keçirin. Krem pendir, yumurta, un, qabartma tozu və ədviyyatları üzərinə əlavə edib, qarışdırın. Kərə yağından bir dilim kəsib isti tavada əridin. Xörək qaşığı ilə qarışımdan kiçik küftələr ayırıb tavaya düzün və iki tərəfli qızardın. Hazır yeməyi isə ağız dadına görə istənilən sousla servis edə bilərsiniz. Nuş olsun!

Əvvəlki məqaləHəzm sistemi dincəlir, immunitet güclənir-Dietoloqdan oruc tutanlar üçün TÖVSİYƏLƏR
Növbəti məqalədəYaşıl pəhriz