sağlamlıq

Alimlər zəncəfil və sarımsaqdan istifadənin insanı qocaldan iltihab prosesinin qarşısının alınmasında müsbət təsirini təsdiqləyirlər.

İnterAz “MedikForum” saytına istinadla xəbər verir ki, araşdırmalara görə, yaşlaşma insan bədəninin fizioloji funksiyalarının pisləşməsi ilə xarakterizə olunur və bəzi xəstəliklərlə: ürək-damar, nevroloji, xərçəng, maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir. Oksidləşdirici stress və iltihab yaşlaşmanın inkişafına kömək edir. Aparılan tədqiqatlara istinad edən “Express” nəşri zəncəfil və sarımsaqdan istifadənin bu proseslərə müqavimətini artırdığını bildirir.

Sarımsaq. Yaponiya alimləri sübut edirlər ki, sarımsaqdan istifadənin bağırsaqların fəaliyyətini yaxşlaşdırması ömrün uzanmasına müsbət təsir göstərir. Alimlər sarımsağın bağırsaq üçün faydasını sarımsağın tərkibindəki “yaxşı” bakteriyaları artıran çoxmiqdarlı liflərlə əlaqələndirirlər. Bu mikroorqanizmlər xərçəng, kəmağıllıq, piylənmə və psixi xəstəliklərin yaranmasına təsir göstərə biləcək toksinləri ifraz edən zərərli bağırsaq bakteriyaları ilə mübarizə aparır.

Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxanası zəncəfilin ürək-damar sisteminin vəziyyətinin göstəricilərini yaxşılaşdırmaq qabiliyyətini təsdiq edən məlumatları dərc edib: onun sayəsində triqliseridlərin və Aşağı Sıxlıqlı Lipoproteinlərdəki (ASL) “pis” xolesterinin səviyyəsi azalır.

“Express” həmçinin xəbər verir ki, zəncəfil neyrodegenerativ və metabolik pozulmalarla (şəkərli diabet, piylənmə) əlaqəli xəstəliklər də daxil olmaqla bəzi patoloji prosesləri boğmağa və tənzimləməyə qadirdir.

Zəncəfil və sarımsaq. “Sift Deck Research Page” dərc olunan tədqiqatın nəticələri antioksidan və iltihab əleyhinə təsirlərin sürətli qocalmadan qoruduğunu təsdiqləyir.

“Əvvəlki elmi işlər, sarımsaqdan istifadənin orqanizmdə oksidləşdirici stressi azaldan qlutation kimi daxili antioksidanların səviyyəsini artırdığığını göstərir. Öz növbəsində zəncəfil də iltihab əleyhinə təsir göstərir, və bu xüsusiyyətlər qocalma prosesini ləngidir”, – deyə elmi ekspertlər vurğulayır.

Alimlər zəncəfil və sarımsağın ömrün uzanmasına təsirini çoxsaylı bioloji aktiv birləşmənin tərkibi ilə izah edirlər.