Yaşlanmağa başladığınızı düşünürsünüzsə güzgüyə baxın lütfən. Çünki bədənimizdə yaşlanmanın ilk əlaməti göz ətrafından başlayır. Göz ətrafı toxuması bədənin ən həssas bölgələrindəndir. Və ona görə də bədəndə olan hər hansı dəyişiklik ilk ordan başlayır.  
Göz ətrafınızda yaşlanmanın əhəmiyyətli, amma az bilinən səbəblərindən biri  romantik bir şəxsiyyətə sahib olmaqdır.  Qadınların hiss və duyğularını göz yaşıyla ifadə etməsi fərqində olmadan göz ətrafının deformasiyasına  səbəb olur. Duyğuları ifadə edərkən mimikaların sıxlıqla istifadə edilməsi göz ətrafında qırışlar və dərin novların əmələ gəlməsinə  səbəb olur. Davamlı antidepresant dərmanların istifadəsinin yan təsirləri göz ətrafında özünü daha çox göstərir. Və  uzun müddət  kompüterdən istifadə etmək də göz ətrafını deformasiyaya uğradır.
Bütün bu faktorlar, üst göz qapağının erkən yaşda boşalmasına, sallanmasına, alt göz qapağında torbalanmalara, göz yaşı novunun meydana gəlməsinə, göz ətrafının kiçilməsinə, yorğun və kədərli baxışlara, göz kənarlarında qırışlara  gətirib çıxarır. Gözün ətrafındakı toxumaların boşalması gözün qonşusu qaşların da canlılığını yox edərək aşağı düşməsinə səbəb olur.
Göz ətrafındakı yaşlanma izlərinin yaratdığı mənfi üz ifadəsindən xilas olmaq üçün edilən estetik əməliyyatlar, burun, sinə və yağ aldırmadan sonra 4-cü yerdə durur. Edilən əməliyyatlar, üst göz qapağı estetiği, göz altı torbaların alınması, qırışların yox edilməsi və qaş qaldırma əməliyyatlarıdır. Bu estetik müdaxilələrin bir və  ya da bir neçəsinin birlikdə edilməsi göz ətrafı toxumanı cavanlaşdırır, yaşlanmanın izlərini ortadan qaldırır.
Ailədə erkən yaşda göz ətrafında deformasiya söz mövzusudursa, 20 yaşından etibarən göz ətrafı estetik əməliyyatlar  edilə bilər.Bu əməliyyatla yaşın və həyat tərzinin gəirdiyi gözətrafı problemləriniz aradan qaldırılaraq yaşlanmanın ilk izlərini yox edəcək və sizin üz ifadənizə, baxışlarınıza  bir canlılıq və gözəllik gətirəcəkdir.
 
Əvvəlki məqaləDodaq boyasının bilmədiyimiz zərərləri hansılardır?
Növbəti məqalədəŞərq qadınlarının gözəllik sirri