Bir qadının həyat tərzi onun bioloji vəziyyətindən aslıdır. Belə kritik günlərdə xanımlar idman etməyi, kiçik məşqləri unudurlar. Amma əslində ən başda əməl edilməsi nüans elə kritik zamanlarda məşqlər etməkdir. Sadəcə diqqət etmək lazımdır ki, belə zamanlarda idmanın fanatiki olmayasınız. Bunun üçün öz bədəninizin səsinə qulaq asın. Kritik dönəmlərdə “o”, sadəcə divanda sakitcə uzanmaq istəyirsə buna imkan verin. Yox, əgər içdən gələn səs özünə güvənərək deyirsə idman salonuna gedib məşq etmək istəyirəm, buna əməl edin. İçinizdə kritik zamanlarda da məşq edib, aktiv olmaq istəyən xanımlar varsa, biz sizə bəzi ipucları veririk.

Periodun birinci həftəsi

İdeal məşq gəzintidir. Bu aktivliyin ən yüngül forması olsa da, çox yaxşı təsirə malikdir. Mensturasiya ərəfəsində birinci gün 5-10 km gəzməyi yoxlayın. Siz özünüz də hiss etməyəcəksiniz ki, ağrınız var ya yox.Sakit, rahatladıcı yoqa da ən yaxşı variantdır. Amma qarın boşluğuna yük salmadam və səhv hərəkətlər etmədən bunu etmək lazımdır.

Periodun ikinci həftəsi

İdeal qadın orqanizmində bütün funksiyalar saat kimi işləməli, bəlli zamanlarda bəlli hormonlar istehsal olunmalıdır. Mensturasiya dövrünün ikinci günü ərzində, adətən, testosteron və estrogen istehsalı çoxalır. Bu dönəmdə birinci əzələləri yaxşı işlətmək, ikinci isə bədənin elastikliyini artırmaq lazımdır. Əsas məşq güc məşqidir. Çünki yuxarı əzələlərdə qan yaxşı işləməlidir. Açıq və təmiz havada edilən məşqlər daha ektivlidir.

Periodun üçüncü həftəsi

Bu zaman estrogenin istehsalı azalır və sizin enerjiniz də düşəcək. Əsasən, kardio məşqlər, rəqs etmək lazımdır. Pilates də yaxşı variantdır. Bu ona görə effektlidir ki, əzələləri yaxşı işlədir.

Periodun dördüncü həftəsi

Mensturasiyada dördüncü dəyişiklik (90% qadınlarda) simptomlarla baş verir: sinə ağrıyır, şişir, əhval-ruhiyyədə dəyişlik olur. Özünüzü qəribə və kök hiss edirsiniz. Güc yoqası və velosiped sürmək pis düşüncələri, mənfi enerjini atmaqda kömək edəcək. Sizin üzərinizə düşən məsuliyyət bədəninizi yaxşı tərlətməkdir. Bu dönəmdə ən yaxşı dostunuz təmiz su, idman, təmiz hava və stressiz olmaqdır.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı