İstirahət, səyahət və çimərlik mövsümü olan yayda hər kəs fit görünüşə sahib olmaq istəyir. Xüsusilə, biz xanımlar üçün bu olduqca vacibdir. Çünki heç kəs qüsurlarını örtə-örtə yayını puç etməyi arzulamaz. Məhz bu məqamda biz xanımların köməyinə pəhriz menyuları çatır. Onu da, qeyd edək ancaq pəhrizlə iş qurtarmır. Sağlam və fit görünüş üçün pəhrizlə bərabər idmanla da məşğul olmaq lazımdır.
Xiyarın faydaları
Yay bizə günəşli günlər və istirahət deyil, eyni zamanda vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər də bəxş edir. Xiyar da faydalı mövsümi tərəvəzlərdən biri hesab edilir. Və artıq çəkinin düşmənidir. Hər nə qədər çox insan bilməsə də xiyarın bildiyimizdən əlavə başqa faydaları da var və diyetoloqlar bu tərəvəzin bütün üstünlüklərini öyrənərək arıqlamaq arzusunda olanlar üçün xiyar pəhrizi hazırlayıblar. Qeyd edək ki, bu pəhrizdən yalnız yay aylarında –dərmansız, gübrəsiz, tımiz xiyar yetişən zaman istifadə etmək olar.
Xiyarın tərkibi 95% sudan ibarətdir ki, bu da susuzluğumuzu yatırdır, həmçinin, aclıq hissini öldürür, orqanizmi toksinlərdən təmizləyir, onu cavanlaşdırır. Sudan əlavə xiyarın tərkibində olan silsium və kalium kimi mikroelementlər dərinin gözəlliyi və tonusu, saçların gücü və parıltısına müsbət təsir göstərir. Xiyarın liflərində, həmçinin, fol turşusu, fosfor, dəmir, maqnezium, natrium, PP, E, H, B, A, C vitaminlərinə, hətta yoda da rast gəlinir.
Xiyar pəhrizi
Yeddi günlük xiyar pəhrizini saxlamaq heç də, çətin deyil, tam əksinə, bu tərəvəzlə etdiyiniz pəhriz müddətində özünüzü gümrah və xoşbəxt hiss edəcəksiniz. Olduqca ləzzətli və 7 gün davam edən bu pəhrizlə 5 kq çəki itirmiş olacaqsınız.
Pəhrizə başlamazdan əvvəl bir neçə həftə orqanizmi yüngülləşdirmək lazımdır. Bunun üçün göyərti (soğan, şüyüd, cəfəri, keşniş, kərəviz) və xiyardan salat hazırlayın, üzərinə limon suyu və qatıq əlavə edin. Bu salat 2 kq xiyardan hazırlanır və 5-6 dəfə üçün nəzərdə tutulub. Duz əlavə olunmur. Xiyarda kifayət qədər su olduğu üçün gün ərzində maye qəbulu vacib deyil. Bu proses həftədə bir dəfə, ümumilikdə 2-3 dəfə olmaq şərtilə tədbiq olunur. Başlıcası isə duzdan mümkün qədər az istifadə etmək, ən yaxşısı isə tamamilə qida rasionundan çıxarmaqdır.
Pəhrizi sizinlə paylaşmazdan öncə xüsusi qeydimiz olacaq. Belə ki, sidik-ifrazat sistemi, böyrəyində daşdan əziyyət çəkən insanlara xiyar pəhrizi saxlamaq qadağandır. Ürək çatışmazlığından əziyyət çəkənlərin də orqanizminə bu pəhriz zamanı daxil olan böyük həcmdə maye ayaqlarda şişkinlik yaranmasına səbəb ola bilər.
Pəhrizin Menyusu
1-ci gün
Səhər yeməyi: 2 ədəd xiyar və kəpəkli undan hazırlanmış kiçik parça qara çörək
Nahar: Tərəvəz (kök, turp, xiyar) şorbası (şorba hazırlananrkən tərəvəzlər qızardılmamalıdır), 1 ədəd alma
Arada: 1 ədəd portağal
Şam yeməyi: Günəbaxan və ya zeytun yağı qatılmış xiyar və göyərti salatı
Yuxudan 1-2 saat əvvəl: 1 ədəd xiyar
2-ci gün
Səhər yeməyi: 1 ədəd xiyar və kəpəkli undan hazırlanmış kiçik parça qara çörək
Nahar: 50 qram suda bişirilmiş mal əti, xiyar və qırmızı turpdan salat
Arada: 1 ədəd alma
Şam yeməyi: Günəbaxan və ya zeytun yağı qatılmış xiyar və göyərti salatı
Yuxudan 1-2 saat əvvəl: 1 ədəd xiyar
3-cü gün
Səhər yeməyi: 2 ədəd xiyar və kəpəkli undan hazırlanmış kiçik parça qara çörək
Nahar: 100 qram balıq və 100 qram düyü. Bir duzlu xiyar
Arada: 1 ədəd xiyar
Şam yeməyi: Günəbaxan və ya zeytun yağı qatılmış xiyar və göyərti salatı
Yuxudan 1-2 saat əvvəl: 1 ədəd xiyar
4-cü gün
Səhər yeməyi: 1 ədəd xiyar və kəpəkli undan hazırlanmış kiçik parça qara çörək
Nahar: 100 qram suda bişirilmiş düyü, 1 ədəd təzə xiyar, 20 qram bərk pendir
Arada: 1 ədəd armud
Şam yeməyi: Günəbaxan və ya zeytun yağı qatılmış xiyar və göyərti salatı
Yuxudan 1-2 saat əvvəl: 1 ədəd xiyar
5-ci gün
Səhər yeməyi: 2 ədəd xiyar və kəpəkli undan hazırlanmış kiçik parça qara çörək
Nahar: Təzə tərəvəzlərdən (xiyar, kələm, kök, turp) salat və 1 ədəd portağal
Arada: 1 ədəd alma
Şam yeməyi: Günəbaxan və ya zeytun yağı qatılmış xiyar və göyərti salatı, 20 qram bərk pendir
Yuxudan 1-2 saat əvvəl: 1 ədəd xiyar
6-cı gün
Səhər yeməyi: 1 ədəd xiyar və kəpəkli undan hazırlanmış kiçik parça qara çörək
Nahar: Tərəvəz (kök, turp, xiyar) şorbası (şorba hazırlananrkən tərəvəzlər qızardılmamalıdır), 1 ədəd qaynadılmış yumurta, 1 ədəd armud
Arada: 1 ədəd naringi
Şam yeməyi: Günəbaxan və ya zeytun yağı qatılmış xiyar və göyərti salatı
Yuxudan 1-2 saat əvvəl: 1 ədəd xiyar
7-ci gün