qadın sağlamlığı

Estrogen, qadınların xarici görünüşü və sağlamlığına cavabdeh olan  hormon sayılır.

Bu hormonun çatışmamazlığı bütün orqanizmin funksiyasına təsir edir. Xüsusən bu hal orqanizmdə  qadın hormonlarının istehsalı  dayandırdıqda  başlayır, daha dəqiq desək menopauza zamanı.  Estrogenin lazımı sayda olmaması menustral siklin pozaraq onu qeyri sabit edib, ürəyin iş prinsipinin çətinləşdirib və döş xərçənginin əmələ gəlmə təhlükəsini artırır.  Həmçinin bunu bilməniz çox vacibdir ki, sağlam çəkinizi saxlamanız çox önəmlidir, çünki, çox çəkisi olan qadın orqanizmi estrogeni çox, azçəkili orqanizm isə az istehsal edir.  Hər iki halda yəni onun çoxluğu və azlığı sonsuzluğa və bir sıra digər problemlərə  gətirə bilir. Sağlam çəkini saxlamaq üçün əmin olun ki pəhrizinizə lazımlı meyvə və tərəvəzlər daxildir. Yalnız orqanizminizin kifayət qədər estrogen istehsal etməsi üçün müəyyən qədər xeyirli və sağlam yağları (zeytun yağı, balıq) rasionunuza hökmən əlavə etməniz vacibdir.

Bəs hormon orqanizmdə baş verən hormonal pozğunluqların səbəbi  nədir?

-nəsillikcə olan problemlər(hər hansı fermentin anadangəlmə çoxluğu və ya çatışmamazlığı)

– stress, əsasən depressiv vəziyyət

– antidepressant və trankvilizatorların qəbulu

– spirtli işkilərdən çox istifadə

– siqaret çəkmək( yumurtalıqların işini pisləşdirir)

– aktiv –hormonal  şişlər

– Sərt arıqlama istəyi. Çəkinin kəskin azalması orqanizmə çox pis təsir edə bilər. Xüsusən yumurtalıqlara, onların  isə qadın orqanizmi üçün nə qədər önəmli olduğunu hamımız yaxşı bilirik.

Bu, orqanizmimiz üçün çox vacib olan estrogen hormonu haqda sizə çatdıracağımız son məlumat deyil. Çünki onun orqanizmə təsiri çoxsaylı və çoxşaxəlidir. Ən əsası isə odur ki, orqanizminizdə dəyişikliklər baş verdikdə onlara biganə qalmayın…

Əvvəlki məqaləBelə geyinsəniz, çox cəlbedici görsənərsiniz
Növbəti məqalədəAmenoreya – menstruasiyanın olmaması