Uşağınız yaramazmı, yoxsa enerjilimi?

 

 “Yaramaz   uşaq yoxdur. Diqqəti cəlb etmək istəyən, enerjili, qaydaları bilməyən, ya da qaydaları yerinə yetirə bilməyən uşaq vardır” deyən mütəxəssislər  yaramaz  uşağı olan ailələrə məsləhətlər verdilər.
 İnsan ictimai bir varlıqdır və ətrafıyla bir ünsiyyət içindədir, bu səbəblə ictimai qaydalar tətbiq olunmalı və uşaqlara mənimsədilməlidir. Hər növ davranışın yerinə, zamanına görə həyat tərzinin  formalaşdırılması lazım olduğu kiçik yaşlardan etibarən uşaqlara öyrədilməlidir. Ailələrin uşaqlara istifadə etdiyi sözləri doğru seçmələri lazımdır. Yalnız başqa insanlar ilə ünsiyyəti deyil, ailə içi ünsiyyəti də çox əhəmiyyətlidir.
 Uşaq haqqında yaramaz deyirsinizsə, bunun ilk səbəbini özünüzdə axtarmalısınız.
 Yaramaz dediyimiz söz yalnız dilimizdə həyatı şərh etmək üçün vardır. Uşağa yaramaz deməyin  bir faydası varmı? Yaramaz dediyiniz uşağa yanaşmanız necə olmalıdır? Bu yanaşma onun şəxsiyyətini və həyatına necə təsir edər? Bu nöqtədə diqqətinizi yaramaz uşağa deyil, uşağın özünə cəmləşdirin. 
 Uşağınızda müşahidə etdiyiniz mənfi davranışları müsbət tərəfə  çevirmək lazımdır. Uşağın nələr edib, nələr edə bilməyəcəyinə qərar verilməlidir. Hər uşaq eyni sürətdə böyümə və inkişafa malik deyil. Valideynlər uşağa bir şey söylədiyində uşaq etmirsə, bu qəsdlə ola biləcəyi kimi, uşağın valideynləri anlamadığından və ya  istənilən davranışı, vəzifəni edə bilmədiyindən də qaynaqlana bilər. 
Bəs, yaramaz uşaqlarla ailələr necə davranmalıdır? 
Uşağınıza qarşı qərarlı və tutarlı davranın. Uşağa qərarlı və tutarlı olmanın, onun yaxşı yetişməsinə xoşbəxt olmasına və müvəffəqiyyətinin artmasına səbəb olacağı öyrədilib mənimsədilməlidir. Tuta bilməyəcəyiniz və ya reallaşdıra bilməyəcəyiniz sözlər verməyin, uşağa verilən söz mütləq yerinə yetirilməlidir. Verdiyiniz sözü reallaşdıra bilmirsinizsə, səbəblərini uşağın yaşına uyğun tərzdə izah edin.Evinizdə intizam və qaydalar olmalıdır. İntizam nizamlı bir həyat sistemidir. Evinizdə nizamlı bir həyat sistemi yaradılmalı, sağlam qaydalar müəyyən olunmalı və tətbiq olunmalıdır. Doğru istifadə edilən intizam, qətiliklə təzyiqli və məcburedici deyil. 
Uşaqların dərs, sənət, idman, oxuma, araşdırma, gəzinti, təcrübə etmək, qidalanmaq, dinləmək, oyun, iş və tətil kimi fəaliyyətləri, ediləcək işləri yaxşı planlamalı və ona həyat formasını olaraq qazandırılmalıdır. Uşağınızın müsbət davranışları mükafatlandırılmalıdır. Uşağınızı cəzalandırmayın. Cəzalandırmaq mənfi bir məna daşıyır. Uşağınız ilə birgə fasilə verə bilərsiniz, olduğu mühitdən onu uzaqlaşdırıb yaşına uyğun izah etməlisiniz. 
Yaşı daha kiçik olan uşaqlar (0-6 yaş) üçün yalnız izah kafi deyil, hekayə ilə izah etmək daha məqsədə uyğundur. Uşağınızla problemli davranışı danışın, uşağınızın duyğularını dinləyin və qarşılıqlı qərar qəbul ediləcək  bir həllə çatmağa çalışın. Uşağınızı tanıyın, müşahidə edin və ehtiyaclarına cavab verin. Uşağınıza gərəyindən çox enerji verəcək yemək və ya içəcək verməyin. 
 Uşağınızın niyə diqqəti cəlb etməyə çalışdığını, niyə bu qədər enerjili olduğunu, niyə qaydalara uyğun gəlmədiyini anlamaqda çətinlik çəkirsinizsə ən doğrusu  bir mütəxəssisə müraciət etməkdir.
Əvvəlki məqaləHipotoniya-arterial təzyiqin aşağı olması
Növbəti məqalədəSağlam və xoşbəxt yaşamaq istəyirsinizsə, sevin! – faydaları