Avokado maskası

Tez qırılan saçlar üçün maskalar

1 ədəd avokado ilə 2 yemək qaşığı zeytun yağını qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza çəkib, yarım saat gözləyin. Bu maskanı həftədə 1 dəfə edin.

Arqan yağı maskası

Tez qırılan saçlar üçün maskalar

2 yemək qaşığı zeytun yağın ilə 1 çay qaşığı gicitikan toxumu yağını və 1 çay qaşığı arqan yağını qarışdırın. Hazır hala gələn qarışımı saçlarınızın uclarına masaj edərək yedirin. 1 saat gözlədikdən sonra yuyaraq təmizləyin.

Xardal yağı maskası

Tez qırılan saçlar üçün maskalar

1 yemək qaşığı zeytun yağı, hind yağı və xardal yağını kasada qarışdırın. Bu qarışımı bütün saçlarınıza bərabər miqdarda çəkin. 2 saat gözlədikdən sonra ilıq su ilə saçlarınızı təmizləyin. Həftədə 1 dəfə etdikdə qurumuş və ucları qırılmış saçlar düzələcək.

 

Mənbə: kosmetika.az

Əvvəlki məqaləMakiyajsız gözəl olmağın sirləri
Növbəti məqalədəSiyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR – FOTO