Tərəvəzli toyuq resepti-Əsil yay yeməyiƏrzaqlar:

•3 toyuğun döş əti;
•1 yaşıl bibər;
•1 qırmızı bibər;
•1 sarı bibər;
•1 soğan;
•2 diş sarımsaq;
•2 yemək qaşığı soya sousu;
•3 yemək qaşığı duru yağ;
•1 çay qaşığı duz;
•1/2 çay qaşığı toz qırmızı bibər;

Hazırlanması:

•Soğanı, sarımsaqları incə-incə, bibər və toyuqları jülyen doğrayın.
•2 yemək qaşığı duru yağı qızdırın və soğanları əlavə edin.
•Soğanları yandırmadan 2-3 dəqiqəyə kimi qovurun.
•Doğranmış sarımsaqları töküb qovurmağa davam edin.
•Sonra bibərləri də əlavə edin.
•Bibərlər də yumşalanda qalan yağı və toyuqları töküb qovurun.
•Qazdan almazdan 2 dəqiqə əvvəl soya sousu və baharatları töküb bişirməyə davam edin.

Nuş olsun!

Əvvəlki məqaləYağların bədənə bilmədiyiniz faydası
Növbəti məqalədəSodanın bilmədiyimiz faydaları