Tərəvəzlərin soyuducuda düzgün saxlanma qaydaları

Evə bazarlıq edərkən cürbəcür tərəvəzlər alırıq. Amma bir neçə gün keçəndən sonra onlar ya təravətini itirir, ya da korlanır. Bu isə həm cana, həm də cibə zərərlidir. Lakin bir çox təcrübəli evdar xanımlar tərəvəzləri uzun müddət təzə saxlamağın sirlərini bilirlər. Hətta tez xarab olan ərzaqların belə ömrünü uzadırlar. Necə?

Qarğıdalı lopalarını dondurucuda saxlasanız, onlar bir-birinə yapışmayacaq.Soyuducunun qapısında saxladığımız yumurtalar qapı açılıb bağlandıqca xarab olub keyfiyyətini itirir. Yumurta qabının qapıda quraşdırılmasına baxmayaraq, ora yumurta saxlamaq üçün heç uyğun yer deyil. Yaxşı olar ki, onları soyuducunun içinə yerləşdirəsiniz.Göbələklərin təzə qalması üçün onları kağız paketlərdə saxlamağınız tövsiyə olunur. Bu zaman kağız bütün rütubəti canına çəkir.

Kahını da eyni qaydada – kağız paketlərdə saxlamaq lazımdır.

Kərəvizi 5 həftəyə qədər saxlamaq olar. Bunun üçün onu soyuducuya qoymazdan öncə alüminium folqaya bükmək lazımdır.Əsasən yay tərəvəzlərini qışda yeyə bilmək üçün çoxumuz qidaları dondurma yolunu seçirik. Bəs, soyuducuya qoymazdan əvvəl etməmiz lazım olanlar nələrdir?Dondurduğunuz tərəvəzlərin uzun müddət keyfiyyətini və yeniliyini qorumalarını istəyirsinizsə, dondurmazdan əvvəl qaynayan su içərisinə qoyaraq 2-3 dəqiqə qaynadın, sonra dərhal soyuq suya tutun.Suyu yaxşıca süzüldükdənn sonra neylon torbalara doldurub havasını çıxarın və dondurun. Beləcə, hazırladığınız tərəvəzlərin daha təzə və ləzzətli qaldığınının şahidi olacaqsınız.

Mənbə: smarton.az

Əvvəlki məqaləXanımlara ŞAd xəbər: Sinə böyüdən bitki çayı möcüzələr yaradır- Əməliyyata ehtiyac yoxdur
Növbəti məqalədəSaçların tökülməsini azaltmaq üçün tövsiyyələr