Süd içmək şəkər xəstəliyi riskini azaldır!

Şəkər xəstəliyi,digər adı ilə diabet, ölkəmizdə ən sıx rastlanan xəstəliklərin başında gəlir. Şəkər xəstəliyi deyəndə ağlınıza ilk əvvəl məhdudlaşdırılan qidalar gəlir. Ancaq qadağalı ərzaq siyahınızı yaxşı tanımaq qədər, hansı qidaların sizin üçün faydalı olduğunu bilmək də bir o qədər əhəmiyyətlidir!

Şəkər xəstəliyi necə əmələ gəlir?
Mədəaltı vəzin istehsal etdiyi insulinin qeyri-kafiliyi, və ya təsirsizliyindən qaynaqlanar. İnsulin olmayınca, qidalarla aldığımız şəkər və digər qida elementləri, ehtiyacı olan hüceyrələrə çata bilmir. Beləliklə, hüceyrələrdə şəkərin səviyyəsi az olarkən, əksinə qanda şəkərin miqdarı normadan artıq olur. Qanda şəkərin çox artması, zəhər təsiri yaradır və bədənin bütün hüceyrələrini korlayar.
Yorsan Qida mühəndislərindən Nilüfer Hakarayan, südün tərkibində olan palmitoleik turşu deyilən yağ turşusunun şəkər xəstəliyi riskinin düşməsinə köməkçi olduğunu ifadə edir. Bu səbəblə şəkər xəstəliyi riskinin azalmasında nizamlı süd istehlakının çox əhəmiyyətli olduğunu söyləyir.
Süd diabetə şəfa olan nadir qidalardandır!
Şəkər xəstəsi olanların ən çox diqqət etmələri lazim olan ünsür qidalanmadır. Çünki bəzi yeməklər qan şəkərini yüksəldərkən, bəziləri də bu çətinliyə dərman olur. Trans palmitoleik turşu adlı bir maddənin yalnız süddə və süd məhsullarında olduğunu ortaya çıxardan elm adamları, bu turşunun şəkər xəstəliyinə tutulma nisbətini olduqca azaltdığını ifadə edirlər. Bədən tərəfindən istehsal edilməyən bu turşu, şəkər xəstəliyi və şəkər xəstəliyinə bağlı sağlamlıq problemlərini əhəmiyyətli dərəcədə azaldır.
Nizamlı olaraq kafi miqdarda süd və süd məhsulları istehlak etməyin şəkər xəstəliyinin qarşısını aldığı müəyyən edilsə də, südü həddindən artıq içmək əvəzinə, balanslı içmək tövsiyyə olunur.
Süd və süd məhsullarırında olan yağlar, bəzi insanlarda çəki artırır ki, bu da başqa sağlamlıq problemlərini əmələ gətirə bilər. Bu səbəblə də çəki almağa meyilli insanlara, daha çox yarım yağlı südlərdən istifadə etmələri tövsiyyə edilir.
Əvvəlki məqaləKosmetoloqların üz gözəlliyi üçün çoxdəyərli məsləhətləri
Növbəti məqalədəBaş ağrısını dərmansız keçirmək üçün 10 məsləhət