Təmiz və təravətli dəri hər bir insanın arzusudur. Nəzərə almaq lazımdır ki, dərinin vəziyyəti qidalanmadan da asılıdır.

Sızanaqlara səbəb olan nədir

 

 

 

 

 

 

 

Bəzi məhsulların həddindən artıq miqdarda istehlakı dərinin vəziyyətinə mənfi təsir edir, sızanaqların əmələ gəlməsinə və ya daha da artmasına səbəb olur.
1. Yağlı pendir.
2. Şirin qazlı içkilər.
3. Qoz-fındıq.
4. Kolbasa və sosis.
5. Ədviyyatlar.
6. Şokolad və kakao.
7. Qəhvə.
8. Sitrus meyvələri.
9. Yumurta.
10. Dükanlarda satılan şirniyyatlar (peçenye, vafli və s.).

Sızanaqların ən çox görüldüyü dövr 12 – 18 yaş aralığı, yəni yetkinlik dövrü ərzindədir. Gənclərin bu zaman bədənlərində çıxan sızanaqlar onlara həm psixoloji, həm də fiziki baxımdan mənfi təsir etdiyinin sübuta ehtiyacı yoxdur.
Sızanaq yetkinlik dövründə və sonrakı həyat boyunca qarşılaşa biləcəyimiz bir problemdir. Amma bunu gözümüzdə o qədər böyütməmək lazımdır. Çünkü bunun müalicəsi mümkündür, yaxşı bir dermatoloq məsləhət və müalicəsi ilə aradan qaldırmaq mümkündür.
Dermatoloqa müraciət edəndə qan, dəridən müəyyən analizlər vermək lazımdır ki, dəqiq diaqnoz qoyulsun. Dəri analizində səpkilərin üzərindəki çirki sıxaraq götürülür, qan analziləri də ki, məlumdur. Nəzərə almaq lazımdır ki, hər bir dermatoloqun müalicə üsulu fərqli və fərdidir. Qızıma yazılan müalicə haqqındada yazmayacam təbii ki. 🙂
Sızanaqlar müalicəyə gec cavab verən xəstəliklərdəndir. Qısacası nizamlı və səbirli bir müalicə tətbiq olunur. Sızanaq müalicəsində çox sayda dərman istifadə oluna bilər. Dəriniz və sızanaqlar üçün ən uyğun olan müalicəni həkiminiz müəyyən etməlidir. Sızanaqları çox olan xəstəyə antibiotik müalicəsi də tətbiq oluna bilər ki, dəridə bu sızanaqların yaranmasına səbəb olan bakteriyaların məhv edilsin. Bu da ümumi davamiyyəti 2-3 ay çəkən bir müalicə tələb edir. Xəstənin yaşın, cinsin, sızanağın növünü və şiddətini nəzərə alaraq dermatoloq, müalicə tətbiq edir. Qeyd etmək lazımdır ki, sızanaq mütləq müalicə edilməsi lazım olan, müxtəlif xəstəliklərin ciddi xəbərdalıq siqnalıdır. Ona görə bu hala ciddiyə almama, başdan sovma kimi yanaşmalar düzgün deyil.

Sızanaqlarla oynamaq, onları sıxmaq və ya qaşımaq olmaz. Bu zaman dəridə iz qalma ehtimalı artırır.

Yuxardada qeyd etdiyim kimi sızanaqlar həyat boyu qarşılaşa biləcəyimiz problemdi. Təbii ki, mənimdə bəzi yetişkin yaşındakı insanlar kimi müəyyən hallarda üzümdə sızanaqlar əmələ gəlir. Hər insan kimi uyğun vəziyyətlə bağlı internetdə axtarışa çıxır, zərurət yarandıqda kosmetoloq və ya dermatoloqa müraciət edirəm. Ev şəraitində hazırlanan təbii maskalardan da faydalanıram.

Qarşılaşdığım bir hal ilə bağlı nümunə göstərmək istəyirəm. Bir dəfə uzun müddət görüşə bilmədiyim bacım bizə qonaq gələndə, onun üzü inanılmaz dərəcədə sızanaq içərsində olmasını gördükdə bərk təsirləndim. O, alergiyası olduğuna görə hər hansı bir dərman ona kömək etmədiyindən şikayətləndi. Sızanaqlar böyük və bəzilərinin üzəri irinli idi. Yaşı yetkin dövrünü keçmiş bir insanda bu qədər sızanaqlar olması məni həm təəcübləndirdi, həm də yaxın bir şəxsə kömək etmək üçün fəaliyyətə başladım. İlk növbədə internetin köməyi ilə sızanaqlar haqqında araşdırma apardım. Alergiyası olduğuna görə çox diqqətli olmalı idim. Yoxsa əks təsir edə bilərdi. Bir çox ev şəraitində hazırlanan maska resseptləri tapdım. Bal maskası, çobanyastığı maskası, alma sirkəsi maskası, limon maskası və sair. Amma bu maskalar məni qorxutdu ki, alergiyalı şəxsə əks təsir edə və sızanaqlar daha da arta, əlavə problemlər yarada bilər. Yalnız bir maska diqqətimi çəkdi. Tez bacımdan soruşdum:

– Sodaya (karbonata) qarşı alergiyan var? Yox cavabını alıb ürəkləndim. Ev şəraitində hazırlanan bu təbii maska ressepti götürdüm. Bu maska həqiqətən də kömək oldu, qısa müddətə – bir həftəyə sızanaqları tamam azaldı. Azalmaqla qalmadı, dərisinin rəng tonunu da açdı. 🙂 Təbii ki, tək maska ilə kifayətlənmədik, sızanaq əleyhinə lasyondan da istifdə etdik. Lasyonun adı “Zinerit”dir. Maskanın resseptini isə aşağıda qeyd edəcəm, ancaq Siz yenə də, istifadə etməzdən əvvəl dermatoloq məsləhəti alın. Hər insan fərdi xüsusiyyətləri olduğuna görə müalicənin təsiridə fərqli ola bilər.
Karbonat ( soda) maskasi:
Bu maska dəri üzərində olan sızanaqların quruması üçün istifadə edilir. Antiseptik xüsusiyyəti ilə göbələyi və bakteriyaları tamamilə yox edir. Həddindən artıq yağlanan dərinin təmizlənməsinə kömək edir. Karbonat dəri üzərində meydana gəlmiş ziyanlı bakteriyaların qarşısın alıb, tullantıları yox edir. Dəridə olan lazımsız təbəqənin yox edir, yeni hüceyrənin əmələ gəlməsini sürətləndirir. Dərinin daha yumşaq bir görünüş qazanmasını, hamarlaşmasını, rəng tonunun açılmasına kömək edir. Hazırlanışı: 1 xörək qaşığı karbonata 1 xörək qaşığı su əlavə edilir və məcun halına gələnə qədər qarışdırılır. Məcun dairəvi və yumuşaq hərəkətlərlə dərinin üzərinə yeridilir. On beş dəqiqəlik müddətin ardından ilıq su ilə yuyulur. Bu qədər sadə.

Sızanaq müalicəsinə kömək edən digər üsullar arasında isə ən təsirlisi balanslı və nizamlı bəslnəməktir. Bol miqdarda su (yumşaq meneral tərkibli qazsız bulaq suyu tövsiyə edilir) içilir, bədən təmizliyinə də xüsusi ilə diqqət göstərilməli, gigiyenik qaydlara dəqiqliklə riayət edilməlidir. İmkan olduqca tez-tez (3 gündən çox olmamaq şərti ilə) yastıq və yataq üzləri, o cümlədən dəsmallar dəyişdirməlidir. Təmiz, quru (rütübətsiz) yerlərdə yatmaq, mümkün qədər pambıq tərkibli geyimlərdən yararlanmaq məsləhətdir.

Yetkinlik dövründə mümkün qədər diqqət edilməsi vəziyyət isə üzə toxunulmamasıdır. İnsanlar ümumiyyətlə sifətinin müəyyən hissələrinə daha çox toxunurlar. Bu da məhz həmin hissələrdə digər yerlərə nisbətən daha çox qızartı və sızanaq meydana gəlməsinə səbəb olur. Müxtəlif mühitlərdə davamlı olaraq əllərimizidən istifadə edərək, fərqinə varmadan müxtəlif əşyalara toxunur, iş görür, günədlik qayğılarımızla məşğul oluruq və beləliklə də əlimizə yığılan mikrobları üzümüzə vururuq. Bu da əlimizə yığılan bakteriyaların üzümüz keçməsinə səbəb olur və nəticədə üzümüzdəki bakteriyaların artır ki, onlar da son nəticədə sızanaqlara səbəb olur. Hələ bunun üzərinə nəqliyyat, küçə və ictimai yerlərdəki vəziyyətləri və oradakı təmaslar ilə nə qədər mikrob və bakteriyalarla qarşılaşmaq ehtimalını da gəlsək ümumi vəziyyətə xüsusi şərh verməyə ehtiyac qalmır. Əlavə məlumat üçün deyim ki, bir araşdırmadan ən çox mikrob yığılan əşyalar arasında pul, mobil telefon, klavyatura, pult olduğunu oxumuşam. Bu səbəblərdən əlimizi üzümüzə lüzumsuz çox təmas etdirməməliyik, eyni zamanda gigiyena qaydlarına riayət edilməsi, əllərimizin yuyulmasının zəruri olmasını nəzərə almalıyıq.

Sızanaqlar haqqında, Sizə verəcəyim məlumat bu qədər. Yazımı səbrlə oxuyan hər kəsə minnətdarlığımı bildirirəm. Ən başda da ilham pərimə. 🙂

Əvvəlki məqaləHər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR
Növbəti məqalədəXəyanətkar ərlərin yoldaşları ilə qalmasının səbəbi