baxımlı qadın

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik:

Xiyar

Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Əksər üz və saç baxımı maskalarının hazırlanmasında xiyardan istifadə olunur. Xiyarı sürtgəcdən keçirib az miqdarda xama və ya qatıqla qarışdırın və üz dərisinə çəkib 15 dəqiqə saxlayın.

Bal

Bal da sızanaq izlərindən xilas olmaq üçün effektli vasitələrdən biridir. Balı təmiz dəriyə tətbiq edib istədiyiniz qədər saxlayın, daha sonra su ilə yuyub qurulayın. Qısa müddətdə sızanaq izlərindən xilas olacaqsınız.

Yumurta ağı

Yumurtanın ağını incə qat şəklində üzünüzə çəkin. 30-45 dəqiqə gözlədikdən sonra yuyun. Qısa müddətdə izlərdən qurtulacağınızı görəcəksiniz.

Aloe vera

Aloe Vera bitkisi keçmiş zamanlardan insanların güvənərək istifadə etdiyi bir vasitə olub. Bu bitki yaraları və yara izlərini yaxşılaşdırmaqda əla vasitədir. Tərkibində aloe olan sızanaq kremlərindən istifadə etmək köməyinizə çatacaq və dəriniz düzəlməyə başlayacaq.

Alma sirkəsi

Alma sirkəsi tək qarın əritmək üçün deyil, sızanaqlar üçün də effektli təsirə malikdir. Təmiz üzünüzə sızanaq izləri olan hissələrə alma sirkəsi sürtün və yarım saat gözləyin. Bu, həm qırışların qarşısını alacaq, həm də daha hamar dəriyə sahib olmağınıza şərait yaradacaq. Hər gün tətbiq etsəniz, tez bir zamanda təsirini görəcəksiniz.

Əvvəlki məqaləCadudan necə qorunmaq olar?
Növbəti məqalədəYalan danışan adamlarda bu xəstəlik yaranırmış