Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.

 

Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız.

 Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.

Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.

Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.

Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. 
Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür.
 
Əvvəlki məqaləSüni mayalanma üçün donorluq qadağan edilir
Növbəti məqalədəBu xəstəlik hər üç qadından birində var…