Sağlam və gözəl bədən qurluşuna sahib olmaq üçün daha çox fitnesslə məşğul olmaq lazımdır. Sağlam və formada olmaq kimi bilinən bu idman növündə bir standartdan söz edilə bilməz. Yəni, hər yaşın, hər həyat tərzinin və bədən tipinin öz proqramı olur. Bu istiqamətdə 3 məsələyə xüsusi diqqət yetirmək lazımdır.
 
1. Fitnesslə məşğul olanlar proqrama uyğun dügün qidalanmalıdır. Bədənin fiquralı inkişafında bu çox önəmlidir. Əzələ inkişafını artırmaq yağ səviyyəsini azaltmaq kimi vacib məsələlərdə qida balansına xüsusi diqqət tələb olunur. Belə ki, ehtiyac duyulan karbohidrat, protein və yağ nisbətləri təyin olunmuş qida rasionuna uyğun aparılmalıdır ki, gün ərzində bədəndə olan yağlar azalsın, güclü əzələlər isə inkişaf etsin. Həmçinin ortalama 70 kg olan şəxslərin günlük 105 gr protein alması lazımdır. Bu proteini almaq üçün səhər və günorta yeməklərində tərkibi güclü protein və karbohidrat olan qidalarla qidalanmaq (idman zamanı da) məsləhətdir.
 
2. Fitnes məşqlərinin müddəti nə az nə də çox olmalıdır. Beynəlxalq miqyasda qəbul olunmuş proqram üzrə məşğul olmaq faydalıdır. 16 yaşında bu İdmana başlamaq məsləhətlidir. İlk həftələrdə 3 gün məşğul olmaq da kifayət edər. Yeni başlayanlar və həvəskar, sərbəst məşğul olmaq istəyənlər də məşq zamanı 1 saatdan çox məşğul olmamalıdırlar. İlk 3 həftə məşğul olduqdan sonra 1 saatdan çox fitnesslə məşğul olmağa icazə verilir. Bu idaman növü ilə məşğul olanlarda yuxu çox önəmlidir. Həddindən artıq məşğul olmaq və istirahətə fikir verməmək düzgün deyildir. Bu xeyir vermək əvəzinə müxtəlif fəsadlara gətirib çıxara bilər.
 
3. Əzələlərin daha tez bir zamanda inkişafı üçün ağırlıq qaldırma məşqlərinin vaxtı-vaxtında və düzgün bir şəkildə tətbiqinə, qidalanmaya (protein, karbohidrat, yağlar, vitamin və minerallar, su), istrahət və yuxuya ciddi fikir vermək tələb olunur. Əzələlərin inkişafında suyu xüsusi qeyd etmək lazımdır. Məlumata görə suyun qanımızda olan PH dəyəri 7.38 nisbətindədir. Əgər göstərilən dəyərin üzərində su qəbul etdikdə orqanizmin keyfiyyətli təmizlənməsinə nail olmaq olar. Lakin həddindən artıq su içmək də düzgün deyildir.
Əvvəlki məqaləVitamin çatışmazlığını bunlarla aradan qaldırın
Növbəti məqalədəQocalmağa qoymayan möcüzəvi qida