Güclü, tökülməyən ,təbii parlayan və canlı saçlar istəyirsinizsə ,qidalanma planınıza bu 5  qidayı əlavə etməlisiniz.

 Qızılbalıq
Saçları gözəlləşdirən 5 qida

Qızılbalıq, tam bir gözəllik qidasıdır..Omega-3 yağ turşuları baxımından,zülal baxımından yüksək keyfiyyətli , B
-12 vitamin və dəmir baxımından da olduqca zəngindir.
Omega-3 tərkibli yağ turşuları, baş dərisinin sağlamlığı üçün lazımlı dəstəyi təmin edər. Omega-3 turşularının çatışmazlığı saçın mat görünməsinə və baş dərisinin quru qalmasına gətirib çıxarar. Vegetariansınızsa narahat olmayın.Gündəlik pəhrizinizə,iki yemək qaşığı üyüdülmüş kətan toxumu əlavə etməklə də bənzər təsirləri əldə edə bilərsiniz.


Tünd yaşıl tərəvəz
Saçları gözəlləşdirən 5 qida

İspanaq, brokoli pazı kimi tərəvəzlər baş dərisindəki dəri yağını çıxarmaq üçün lazımlı A və C vitamini ehtiyacını qarşılamağa köməkçi olmaqdadır.Dəri yağı, təbii saç kremi kimi hərəkət edər və saçlarımızdakı folikul tərəfindən ifraz olunan yağlı bir maddədir. Ayrıca bu tərəvəzlər bədəninizə dəmir və kalsium da təmin edər.

Yumurta
Saçları gözəlləşdirən 5 qida

Yumurta, ən yaxşı mövcud zülal qaynağıdır və yüksək keyfiyyətli zülal olaraq qəbul edilir. Saçların artmasını gücləndirməsini təmin edər.Saçların sağlam bir şəkildə uzanması üçün yumurta olduqca faydalıdır. B vitamini baxımından zəngin olan yumurtanı gündəlik  1 ədəd istifadə edə bilərsiniz. Saçlarınıza faydalı olması baxımından, yumurtanın yalnız qaynadılmış olaraq istehlak edilməsi lazımdır.

Fındıq
Saçları gözəlləşdirən 5 qida

Gündəlik pəhrizin bir parçası olaraq, nizamlı şəkildə fındıq yemək saç və saç dərisi üçün çox faydalıdır. Braziliya qozu və selenium baş dərisi sağlamlığı üçün əhəmiyyətli mineral qaynaqlarıdır.Bununla yanaşı qoz və badamda eyni funksiyaları daşıyır.Fındıq, içərisində olan E vitamini  saçın ümumi sağlamlığına və canlı görünməsinə köməkçidir. E vitamini çatışmayanda saçlar asanca qırılar ya da həssas saçlar meydana gələr.

Kök
Saçları gözəlləşdirən 5 qida

Sağlam sağlara sahib olmanın yolu sağlam bir  dəriyə sahib olmaqdan keçər. Saç dərisi üçün mükəmməl bir qida olan A vitamini kökdə bol miqdarda var. Yeməkləriniz də salatınıza kökü də  daxil edərək kökün faydalarından yararlana bilərsiniz.
Ayrıca, kökü meyvə suyu kimi də istehlak edə bilərsiniz. Kök, mat və yorğun görünüşlü bir dəri və saçı canlandırmaq üçün olduqca faydalıdır.Dərinizi saçlarınızı gəncləşdirərkən yeni bir görünüş buraxacaq.

Əvvəlki məqaləUzun və sağlam kirpiklər üçün nə etməli?
Növbəti məqalədəPomidoru soyuducuda saxlamaq olmaz