Şəkər hər şeydən daha təhlükəlidir
Hollandiyanın öndə gedən sağlamlıq mütəxəssislərindən Paul van der Velpen, qida paketlərinə şəkərin asılılıq etdiyi və sağlamlığa zərərli olduğunun yazılmasını lazım olduğunu söyləyir.
Hollandiyada yaşayan sağlamlıq xidmətləri müdiri Paul van der Velpen şəkərin günümüzün ən təhlükəli narkotikası olduğunu açıqlayaraq hamını təəccübləndirdi.
 Velpen, şəkərli yemək və içkilərin eynilə spirt və tütün kimi sağlamlığa ziyanlı olması xəbərdarlığı ilə satılmasını lazım olduğunu qeyd edir. İnsanların şəkərin zərərləri mövzusunda bilmələrini təklif edən mütəxəssisə görə, şəkər istifadəsi mümkün olan ən az səviyyəyə endirilməlidir.

Siqareti atmaq qədər çətindir.

 

Cəmiyyətin sağlamlığı mövzusunda xidmət edən bir internet saytına yazan Velpen, mövzuyla əlaqədar, “Şəkər günümüzün ən təhlükəli narkotikasıdır. Üstəlik əldə etməsi də çox asandır. Siqaret paketləri və içkilərin üzərində bənzər xəbərdarlıqlar şəkərli məhsullarda da olmalıdır. Şəkərli qidaların üzərində şəkərin asılılıq etdiyi və sağlamlığa zərərli olduğu yazılmalıdır “-dedi.

 

 

Hər keçən gün həddindən artıq çəkili insan sayının artdığını ifadə edən Velpen, bu vəziyyətin dövlət üçün də mənfilik yaratdığını ifadə etdi. Buna görə həddindən artıq çəkidən qaynaqlanan sağlamlıq problemlərini həll etmək üçün dövlətin səhiyyə xidmətlərinə ayırdıqları büdcəni artırması lazımdır.

 

 

Artıq çəki xəstəliyinin əksəriyyətlə şəkər istifadəsindən qaynaqlandığını vurğulayan mütəxəssis, şəkəri tərk etmək siqareti tərk etmək qədər çətin olduğunu söylədi.

 

Əvvəlki məqaləHamilə olmaq üçün ayda 6 “qızıl” gün var
Növbəti məqalədəNamaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?