Gün boyu gözəl əhvalda olub, ətrafa müsbət enerji saçmanız üçün əvvəlcədən buna tədarük görməlisiniz. Bütün duyğu orqanlarınıza paralel şəkildə təsir göstərsəniz istədiyiniz qədər yaxşı ovqatda qala bilərsiniz. Bəs bunun üçün nə etmək lazımdır? Sadəcə bizim verdiyimiz ipucları ilə ruhunuzu qidalandırmalısınız.

Ruhumun qida yeri

Təmas

Velvet bu mövsüm çox dəbdədir. Ona görə də, həm dəb, həm də müsbət enerji olsun deyə velvet çarpayı örtüyünə və geyimlərə üstünlük verin. Çünki bu parça çox enerjilidir.

Dad

Deyək ki, dadlı piroq bişirmisiniz amma yenə də, nəyisə çatımır. Bu zaman işə darçını əlavə edin. Növbəti dəfə ən yaxşı bacardığınız piroqu bişirdikdə içinə darçın əlavə edin. İsti xörəklərinizə, ət yeməklərinizə isə mütləq zəncəfil qatın. Bu ədviyyatlar yeməklərinizə qeyri-adi dad verməklə yanaşı, sizə də müsbət enerji bəxş edəcək.

Səs

Evinizin kandarına, ofisinizin qapısına zınqırov asın. Qapını hər dəfə açdıqda bütün narahatlıqlar qapı arxasında qalacaq.

Qoxu

Ruhumun qida yeri

Şam ağacının qoxusu əsəbləri sakitləşdirir. Onun bir budağını evdə saxlasanız özünüz şahidi olacaqsınız.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləPəhrizdəsinizsə bu 5 qaydanı mütləq biləməlisiniz
Növbəti məqalədə12 sadə üsulla hər qidalanmada çəki atacaqsınız