Qucaqlaşmaq sağlamlıq üçün xeyirlidir.

Qucaqlaşmaq sağlamlıq üçün xeyirlidir.

Özümüzü pis hiss etdiyimiz zamanlarda, nəzakətli bir qucaqlaşmadan daha rahatlaşdırıcı bir hərəkət yoxdur. 
İnsanlar ictimai canlılar olmasına baxmayaraq, bu gün fiziki təmasdan utanırıq. Kimi mədəniyyətlər daha yaxınkən, bəziləri fərdi sahəyə çox əhəmiyyət verir, yanağa edilən bir öpüş yerinə əl sıxmağı seçir. Hərçənd ən istiqanlı irqlərdən biri olaraq bilinən bizlər də salamlaşma şəkli olan öpüşməni reallaşdırarkən ümumiyyətlə havanı öpmürükmü?
Həyatımızdakı bu toxunma əskikliyi sağlamlığımızı da təsir edir. Bir şeylə bağlı hiss etmək üçün fiziki təmasa ehtiyacımız var, xüsusilə də tək hiss etdiyimiz zamanlarda. Lakin pis ya da kədərli hiss etdiyimizdə bu ehtiyacımızı yemək yemək, içki içmək ya da televiziya izləməklə ötürməyə çalışırıq.

Bəs qucaqlaşmağın hansı xeyirli xüsusiyyətləri vardır? 

Avropalı tibb işçilərinin dəlillərinə görə, qucaqlaşmaq ilk növbədə psixoloji sağlamlıq üçün xeyirlidir.
Belə vəziyyətdə, insan özünü instinktiv olaraq təhlükəsizlikdə hiss edir və bunun nəticəsində əhval-ruhiyyəsi yüksəlir.

 

Qucaqlaşmaq sağlamlıq üçün xeyirlidir.

Aparılan bir çox araşdırmaya görə, qucaqlaşmanın stress səviyyəsini saldığı və ruh halını hər şeydən çox yaxşılaşdırdığı isbat edildi. North Carolina Universitetində edilən araşdırmada,stress altındaykən ifraz olunan kortizol hormonunun ən az 20 saniyə davam edən bir sarılmadan sonra təcrübə aparılanlarda (xüsusilə də qadınlarda) düşdüyü kəşf edildi.

Eyni araşdırmanın nəticələrinə görə, qucaqlaşmaq oksitosin adlı bağ qurma və sarılma hormonu olaraq da bilinən hormonu çıxarmamızı təmin edir və sevgi və əhəmiyyət vermə duyğularını hərəkətə keçirir. Bəzi işlərə görə qan təzyiqini də salır. Hətta qan testləri edilərkən körpələrə sarılsanız ürək atışları sakitləşir və daha az ağlayırlar. Yəni qucaqlaşmaq infarkt daxil bir çox xəstəliklə əlaqəli olan qan təzyiqi üçün də yaxşı olduğundan sağlamlığımızı da qoruyan bir davranış şəklidir əslində.

 Qucaqlaşmaq insanda nəinki təhlükəsizlik və komfort hissi yaradır.

 Fiziki sağlamlıq baxımından insan nə qədər çox qucaqlaşarsa, bir o qədər də onun immuniteti güclənər, əsəb və endokrin sisteminin işləməsi yaxşılaşar

 Həmçinin qucaqlaşmaq qanda hemoqlobinin səviyyəsinin normallaşmasına kömək edir.

Psixoloq Virginia Satara görə, “Yaşamağa davam etmək üçün gündə 4 qucaqlaşmağa və böyüyüb inkişaf edə bilmək üçün 12 qucaqlaşmağa ehtiyacımız var”.
Bir çoxumuzun doğru bəslənmə, məşq və baxım üçün enerji və pul xərclədiyimiz məlumdur amma iş gündəlik fiziki təmas ehtiyacına gəlincə çox həvəsli deyilik. Gündə bir alma yemənin nə qədər sağlam olduğu bütün dünyada danışılarkən eyni şeyin gündə bir qucaqlaşma üçün də etibarlı olduğunu unutmamalıyıq.  

Daha parlaq və şən bir günə və güclü bir ürəyə çatmaq üçün qollarınızı açmağa hazırsınızmı?  

 

.

Əvvəlki məqaləAlma sirkəsinin faydaları
Növbəti məqalədəQadınlarda İrsi xəstəliklər