gənc qalmaq

Qocaldıqca üzünüzdəki qırışları artır, bədən sürətiniz və ritminiz yavaşlayır. Ancaq yaşlanmaqla əlaqədar bilmədiyiniz bir neçə maddə daha vardır.

Bu da yaşınız artdıqca bədəninizdə olan dəyişikliklər ..
Yaşlandıqca bədənimizdə dəyişikliklər meydana gəlir. Ümumiyyətlə bədənimizin necə dəyişəcəyini bilirik, ancaq daha əvvəl heç kimdən eşitmədiyimiz və oxumadığımız dəyişiliklər də ola bilər.
Buxaq sallanır

 

Boyun ətrafındakı dəri, üzdəki dəridən daha nazikdir və fərqli bir kollagen tərkibinə malikdir. Buna görə də qocalmağa və yaşlanma təsirlərinə qarşı çox həssasdır. Bədənin ən çox günəşə məruz qalan bölgəsidir və UVA / UVB şüalarına çox məruz qalır. Buna görə üzünüzə tətbiq etdiyiniz qulluğun eynisini boyunuza da tətbiq etməniz və hər gün günəşdən qorumanız lazımdır. Ancaq əsas problem, köklü həllər tətbiqindədir. Yalnız qulluqla zərəri geri çevirə bilməzsiniz.  Əgər boyun qırışınız və sallanmasının qarşısını vaxtında almasanız, irəli yaşlara gəldikdə lazer və ya krem belə işə yaramayacaq.

Saçlarınız qabarıqlaşır sərtləşir

Yaşlandıqca, saç dəriniz quruyur və saçlarınızı da qurudur. Saçlar, piqment hüceyrələrini itirib ağardığında, toxuması da sərtləşir. Saçlarınıza nəm lazımlıdır və bunun üçün nəmləndirici şampun və kremlər istifadə edə bilərsiniz. Yediklərinizə də diqqət yetirməlisiniz və bol su içməlisiniz. Balanslı qidalanmaq və saçlarınızı nəmini saxlamaq, neçə yaşında olsanız olun, baxımlı və parlaq saçlara sahib olmanızı təmin edər.

Üzünüz qızarmağa başlayır

 

Gəncliyinizi çimərlikdə keçirdiyiniz zamanların fakturasını ödəməyə başlayırsınız. Qırmızı nöqtələr üzünüzdə meydana çıxır. Bundan əlavə, menopoza da dəri xəstəliklərini yaradır. Bu vəziyyətdə çəhrayı tonlarda makiyaj edə bilər, makiyajın üzərinə “silikon gel primer” ilə düzgün bir görünüş qazana bilərsiniz. Əgər tibbi bir vəziyyət söz mövzusudursa antibiotik istifadəsi ilə müalicə ala bilərsiniz. Çatlamış kapilyar damar üçün lazer müalicəsi də təsirlidir.

Xallar çıxa və çoxala bilər

Qocalığa bağlı xallar, açıq ya da tünd rəngli ola bilər. Bunun səbəbi günəşə məruz qalma və bədəndəki melaninin artmasıdır. Yaşlanmağa bağlı xalların qarşısını almaq üçün günəşə qarşı ən az 15 faktorlu krem istifadə etməlisiniz. Rəng tonu fərqliliklərini aradan qaldıracaq kremlər də istifadə edə bilərsiniz. Xalların rəngini açan kremlər də kosmetika bazarında mövcuddur. Unutmayın, hər gün, yağış ya da günəşli hava fərq etməz, günəş qoruması kremləri istifadə etməlisiniz, Yoxsa qocalanda mütləq çox miqdarda xallar görərsiniz.

Qıçlarınızdakı görülə bilən damarlar artır

Bəlkə bir neçə damar diqqətinizi çəkdi, amma artıq mavi xəttlər artmağa başlayır və dizlərinin arxasını və qıçlarını bürüməyə başladı. Tam səbəbi bilinməsə də bu görülə bilən damarlar genetik və hormonal səbəblərdən təsirlənir. Köklük, çox oturaq həyat ya da çox ayaq üstə qalmaq, qıçlardakı qan axışını pozaraq buna səbəb ola bilər. Örtücü kremlərdən faydalana bilərsiniz, ancaq qəti həll istəyirsinizsə vəziyyət bir az daha fərqlidir. Şüa ya da lazer müalicəsi ilə, görünən damarları müalicə etdirmək mümkündür. Şüa, damar divarlarını parçalayaraq iki həftə içində yox olmasını təmin edər. Əgər vəziyyət daha vacib haldadırsa, inyeksiya müalicəsi də mümkündür.
Bu müalicəni qışda etdirməniz daha yaxşıdır, çünki qıçlarınız bağlı qalacaq və günəşdən uzaq olacaq. Bürünc bədənlərdə, damarların görünüşü azalır. Ancaq nəzərə alın ki, bir neçə il sonra təkrar ortaya çıxacaq.

Pomadanız ağız ətrafınızdakı xəttlərin içinə yayılmağa başlayır

 

“Perioralqırışıq deyilən bu vəziyyət yaşlandıqca, dodaq ətrafının qırışmasından ibarətdir. Günəş, dərialtı piylərin azalması, kolagen elastikliyin azalması, nəmin azalması genetik uyğunluq səbəbindən meydana gəlir. Bu narahatedici xəttlərdən xilas olmağa gəlincə, əvvəlcədən siqaret çəkirsinizsə, bunu unudun. Dodaqlarınızı siqaret çəkmək üçün büzdüğünüzdən, qarşısını ala bilməyəcəyiniz vəziyyətlər meydana gələ bilər. Amma siqaret çəkmirsinizsə, aktual retinoid tətbiq edərək kolagen ehtiva edən kremlərlə bu vəziyyətni qarşısını ala bilərsiniz. Yüngül dozada botoks da işə yarayacaqdır. Mütləq günəş kremi retinoid ehtiva edən kremlər istifadə edin.
Əvvəlki məqaləZəli ilə müalicə barəsində məlumatlar
Növbəti məqalədəXərçəng xəstəliyinin ilkin əlamətləri