Qışda saçlara nə cür qulluq etmək lazımdır?

saçlara quluq

Qadın gözəlliyinin əsasını təşkil edən saçlarınıza nə qədər diqqət göstərirsiniz? 

 

Saçların parıldaması üçün 

 

Saçınızı çox sıx yumayın. Saçları tez-tez yumaq saçı qurudur və qırılmasına səsəb olur. saçlarınız tez çirklənirsə və tez-tez tərləyirsinizsə, 3 gündən bir yumaq lazımdır. Saçlarınız gec çirklənirsə, 5 gündən bir yumaq məsləhət görülür. 

 

Yetkinlik yaşında olanlar ya da saçları kəpəkli olanlar, saçlarını 2 gündən bir yumalıdır.
Saşçarı qaynar su ilə yumaq olmaz. Bu saçın dibində olan yağ təbəqəsinə mənfi təsir edir. 

 

Feni yüksək dərəcədə işlətmək də saçalara mənfi təsir edir. Saçı qurudur və onların cansız görünməyinə səbəb olur. 

 

Saçları sıx rezin və broşlarla yığmaq olmaz. bu zaman saçlar dibindən qopur və saçlar seyrəlir. 

 

Saçı sabunla yumaq olmaz. sabun dəridə göbələk xəstəliyinin yaranmasına gətirib çıxarır. 

 

Saçınızı dəri tipinizə uyğun şampunlarla yuyun.

 

Saçınız ciddi şəkildə tökülürsə, dermatoloqa gedin.

 

İki fərqli şampundan istifadə etməyin.

 

Saç dəriniz çox qurudursa, maskalar edin. 

 

Quru saşlar üçün nəmləndirci maska

 

Ərzaqlar:
yarım stəkan zeytun yağı
10 damcı limonmonu qarışdırıb saçınıza çəkin. Yarım saat gözlədikdən sonra saçınızı ilıq su ilə 1 dəfə şampunla yaxalayın. 

 

Yağlı saçlar üçün maska

 

Ərzaqlar:
Yarım stəkan su
Yarım stəkan alma sirkəsi
30 dəqiqə gözlədikdən sonra saçlarınızı ilıq su ilə yaxalayın. 

 

Ölü və cansız saçlar üçün qidalandırıcı maska

 

Ərzaqlar:
yarım stəkan badam yağı
2 stəkan yumurta sarısı
10 damcı limon

 

Bütün məhsulları qarışdrın və saçınıza çəkin. Bu maskanı saçn hər tərəfinə tətbiq edin. 40 dəq saxladıqdan sonra yaxalaya bilərsiniz.
Əvvəlki məqaləQadınlar haqqında maraqlı məlumatlar
Növbəti məqalədəSaçlara qışda qulluq qaydaları.