Qadınlara az yatmaq olmaz

Amerika alimləri müəyyən ediblər ki, yuxusuzluq uzun illər düşünüldüyü qədər də zərərsiz deyil. Yuxusuzluq sağlamlığa pis təsir göstərməklə yanaşı, ölümə də səbəb olur. Pensilvaniya Tibb Kolleci (ABŞ) və Herşi Sağlamlıq Mərkəzi mütəxəssislərinin araşdırmaları göstərib ki, yuxusuzluqdan əziyyət çəkən tədqiqat iştirakçılarında ölüm riski normal yatan iştirakçılara nisbətən 4,3 dəfə çox olub. Maraqlı budur ki, həmin qanunauyğunluq qadınlara şamil olunmur. Zərif cinsin nümayəndələri yuxunun keyfiyyətindən asılı olmayaraq, vaxtsız ölüm riskinə məruz qalmırlar.
 ABŞ-ın Pittsburgh Universitetinin alimləri qadınlar üçün rahat və hüzurlu yuxunun dərmanını tapıb. Yaşları 42 ilə 52 olan 1938 qadın üzərində aparılan araşdırmada rahat bir yuxu üçün ən vacib amilin problemsiz və xoşbəxt bir ailə həyatı olduğu müəyyənləşib. Evli qadınların subaylara nisbətən daha rahat yatdığını vurğulayan mütəxəssis Wendy Troxel ailə həyatında xoşbəxt olan qadınlarda tez oyanmaq, yuxusuzluq, qarabasma kimi problemlərə daha az rast gəldik. Subay qadınlar isə daha çox yuxusuzluq problemi ilə üzləşir deyib. O, Xoşbəxt ailə həyatı ələ problemsiz yuxu arasında güclü bir əlaqənin olduğunu və Qadınların sevdikləri şəxsin yanında özlərini daha rahat hiss etdiklərini də əlavə edib… 
 Qadınlara az yatmaq olmaz
Yuxu qadınların belinin ölcüsünə təsir edir. İsveç alimləri yuxu ilə qadınlaın piylənmə dərəcəsi arasında əlaqə tapa bilib. Sən demə, qadın nə qədər az yatarsa, onun beli bir o qədər böyük olur.

 

 Qarın nahiyəsində qısamüddətli yuxu ilə piylənmə arasındakı bu qarşılıqlı əlaqəyə daha çox gənc qadınlarda təsadüf edilir. Ancaq mütəxəssislər hələlik bunun səbəbini müəyyən edə bilməyiblər. 

 

 Qeyd edək ki, bir müddət öncə uşaqlar üzərində də eyni araşdırma aparılmışdı. Nəticələrə görə, az yatan uşaqlar artıq çəkidən əziyyət çəkir.

 

Əvvəlki məqaləAcı yemək insanın ömrünü uzadır
Növbəti məqalədəKökəlmək istəyənlər üçün ən sağlam pəhriz