Qadınlar yatanda arıqlayır.

Qadınlar yatanda arıqlayır

       Amerikalı alimlərin yeni araşdırmaları zamanı üzə çıxıb ki, qadınların arıqlamaq üçün güclü dietaya oturmaları heç də istənilən effekti vermir. Bunun əsas səbəbi isə xanımların gecə tam yuxu almamaları ilə bağlıdır.

 

Qadınlar yatanda arıqlayır

      Belə ki, tam yuxu alan xanımlar digərləri ilə müqayisədə iki dəfə artıq əlavə çəkini tullaya biliblər. Mütəxəssislərin qənaətincə, əgər xanımlar tam yuxu almırlarsa onların bədənlərində güclü yorğunluq hissi yaradan hormonların sayı artır. Bu isə son nəticədə aclıq hissini ortaya çıxarır. Ekspertlər 4 həftə ərzində 10 könüllü üzərində müşahidələr aparıblar. Bu xanımların artıq çəkiləri ləğv olsa da, sağlamlıqlarına heç bir ziyan da gəlməyib.

 

 

Xroniki yuxusuzluq beynin kiçilməsinə yol açır. İtaliyanın “La Stampa” qəzetində maraqlı məlumat dərc edilib. Hollandiyadakı Nevroloji Elmlər İnstitutunda çalışan alimlər maraqlı təcrübələr aparıb.

Araşdırma nəticəsinə görə, yuxusuzluqdan əziyyət çəkən şəxslərdə beyinlərin sol tərəfindəki boz maddənnin miqdarı bu cür problemləri olmayanlara nisbətən daha azdır. Onların fikrincə, yuxusuzluq artdıqca mərkəzi sinir sisteminin əsası olan bu maddənin miqdarı da azalır.

 
Yuxu qadınların belinin ölçüsünə təsir edir.
İsveç alimləri qadın beyni ilə piylənmə dərəcəsi haqqında əlaqəni tapıblar.Məlum olub ki,qadın nə qədər az yatarsa,onun belinin ölçüsü bir o qədər böyuk olur.Yuxu ilə qarın nahiyəssəndəki piylənmə arasında qarşılıqlı əlaqəyə daha çox gənc xanımlarda tısadüf olunur.
 
Qeyd edek ki,uşaqlar üzərində də eyni araşdirma aparılıb.Nəticələrə əsasən müəyyənləşdirilib ki,az yatan uşaqlarda artıq cəki problemi özünü daha cox biruzə verir.
 

 

Əvvəlki məqaləMakiyaj vasitələrinin nə kimi təhlükələri olduğunu bilirsinizmi?
Növbəti məqalədəSamsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun