cinsi istək

Qadınlarda niyə həddindən artıq cinsi istək yaranar?
Insan ictimai həyatı çətinə salacaq cinsi fəaliyyət sıxlığı içindədirsə, altında yatan səbəbləri gözdən keçirmək lazımdır.

Nemfomanik ölçü

Həzz alırsınızsa, cinsi istək hiss etməyi mütləq bir problem halına gətirməyin. Çünki onsuz da cinsi istəyin nə qədər “həddindən artıq” olduğunu ölçən bir ölçü cihazı yoxdur.

Ancaq ictimai həyatı çətinə salacaq qədər cinsi istək hiss etmək və cinsi əlaqə yaşamaq, bəzi fizioloji və ya psixoloji narahatlıqların əlaməti ola bilər. Bu mövzuda maraqlananlara Psixiatriya Mütəxəssisi Dos. Dr. Cem İncesu izahhat verir …

Nemfomaniya nədir?

Bir adamın həddindən artıq cinsi istək duyması və bu həddindən artıq istəyi gündəlik həyatında əks etdirməsi mənasını verər. Xalq arasında, az qala qarşısına çıxan hər kəslə cinsi əlaqə yaşamağı istəmək kimi qəbul edilir. Ancaq belə təyin olunmuş bir psixi xəstəlik, ya da bir cinsi funksiya pozuqluğu yoxdur. Həddindən artıq cinsi istəyi olan qadınlar və ya kişilər vardır və bu da bəzən xüsusi həyatlarında problemlərə səbəb ola bilər.

Qadınlar niyə həddindən artıq cinsi istək duyar?

Həddindən artıq cinsi istəyin dəqiq olaraq təyin olunmuş obyektiv bir meyarı yoxdur. Bir qadının cinsi istəyinin çox olmasının, həyatına mənfi təsir etmədiyi müddətcə çox da böyük bir zərəri yoxdur. Bəzən qadınlarda, ya da kişilərdə ciddi problemlərə yol aça biləcək cinsi fəaliyyət sıxlığı görülə bilir. Bunun psixoloji səbəbləri ola bilər. Məsələn duyğu psixoloji vəziyyət pozuqluğunda (maneə), epilepsiya xəstəliklərində, narkotik istifadəsində, beyin şişlərində və xəstəliklərində, ağır şəxsiyyət pozuqluqlarında həddindən artıq cinsi istək və cinsi fəaliyyət yaranır. Buna görə də  ictimai həyatda problemlər görülə bilər.

Qadınlarda həddindən artıq cinsi istəyin səbəbi nədir?

Beyin şişləri, epilepsiya kimi xəstəliklər və narkotik maddə istifadəsində həddindən artıq cinsi istək ola bilir. Bu vəziyyətdə təməl xəstəliyin müalicəsi lazımdır. Cinsi istək beyində yaşanan və tamamilə beynin çıxardığı bir hissdir. Vaginadakı bir vəziyyətdən, cinsiyyət sistemlərindən və ya bədənin hər hansı başqa bir yerindən qaynaqlanmaz.

Həddindən artıq cinsi istək hiss etmək nə vaxt problem olaraq nəzərə alınmalıdır?

Həddindən artıq cinsi istək duyan, bundan həzz alan bir insanın “mütləq bu bir problemdir” deyib həkimə qaçmasına ehtiyac yoxdur, bu son dərəcə təbii bir şeydir. Kimi insan üçün ayda bir-iki dəfə cinsi əlaqə kifayət etsə də, kimi insan üçün gündə iki-üç dəfə əlaqə normal haldır. Həddindən artıqlıq mövzusunda qəti bir norma yoxdur. Hər gün seks istəmək, həddindən artıq cinsi istək mənasını verməz. Tək problem, adamın özünün, ya da partnyorunun bu vəziyyətdən narahat olub olmasıdır.

Ictimai qaydalara qarşı çıxma istəyi nemfomaniyaya səbəb olarmı?

Bunu demək çətindir, ancaq “border line” deyilən bəzi şəxsiyyət pozuqluqlarında, ağır isterik şəxsiyyət pozuqluğunda, antisosyal şəxsiyyət pozuqluğunda, cəmiyyətə qarşı çıxmaq adına deyil, amma şəxsiyyətin bir hissəsi kimi, hirs kimi səbəblərlə həddindən artıq cinsi fəaliyyətdə olma halı baş verə bilər.

 
Xüsusilə kişilərdə cinsi istəyin həddindən artıq olması, intensiv cinsi fəaliyyəti, çox qadınla birlikdə olması, müvəffəqiyyətin, yaxşı bir kişi olmanın ölçüsüymüş kimi ictimai olaraq mükafatlandırılan bir hal kimi görülür. Bu da kişilərin “kişiliyini sübut etmə” mövzusuna daha çox motivasiya edə bilir. Ancaq bu zamanla yaranır, belə faktorlar səbəbiylə insan bir anda həddindən artıq cinsi istək hiss etməz və dəlicəsinə bir cinsi fəaliyyət içinə girməz.

Qadınlarda həddindən artıq cinsi istək müalicə edilməsi lazım olan bir vəziyyətdirmi?

Əksəriyyətlə deyil. Qadının cinsi istəyi var və bundan həzz alırsa, belə təyin olunmuş bir cinsi funksiya pozuqluğu yoxdur və müalicə olmadığını xatırlatmaq lazımdır. Ancaq çox həddindən artıq cinsi istək və bunun cinsi fəaliyyətə çevrilməsi, bu səbəblə şəxsin həyatında çətinliklərə gətirib çıxarırsa, ictimai problemlər yaşaması, adamın bundan narahatlıq duyması səbəbi ilə müalicə üçün psixoloqa mürəciət edə bilər.

Bu vəziyyətdə həddindən artıq cinsi istəyə səbəb olan fiziki və ya psixoloji bir xəstəlik olub olmadığına baxırıq, diaqnoz qoyulduqdan sonra, belə hal varsa müalicəsini həyata keçiririk. Narkotik istifadəçisidirsə, vərdişin buraxılması lazımdır. Bunun xaricində cinsi müalicə və məsləhət ilə adamın cinsi həyatında bir sıra nizamlamalar edərək, normal bir əlaqənin dəstəklənməsi ilə bu problemin aşılmasını təmin edirik”.

Əvvəlki məqaləAlimlər açıqladı — Bu qadınlar döş xərçəngindən əziyyət çəkirlər
Növbəti məqalədəBütün xəstəliklərin bu qayda ilə öhdəsindən gəlmək olur