gözəllikDünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik.
Avstraliya
Avstraliyalı qadınlarını gözəlliklərinin sirri boymadərən bitkisi ilə bağlıdır. Nəmləndirici və canlandırıcı xüsusiyyəti ilə bu bitki yaşlanmağın  qarşısını alır.
Çili
Çilili qadınların parlaq dərilərinin  sirri  isə antioksidant mənbəyi olaraq olan  qırmızı üzüm ilə bağlıdır. Siz də bunun üçün bir ovuc qırmızı üzümü əlinizdə əzib, iki qaşıq unla qarışdıraraq, hazırladığınız maskanı dərinizə tətbiq edib 10 dəqiqə gözlədikdən sonra, üzünüzü yuya bilərsiniz. Bu təbii maska dəridəki yorğunluğu aradan qaldıra bilərsiniz.
Fransa
Fransız qadınları təbii makiyajın tərəfdarıdırıar. Gündəlik makiyajda bir azca ənlik və dodaq boyası istifadə edirlər. Xüsusən də açıq qırmızı dodaq boyası onlar üçün əvəzolunmazdır. Dərilərini makiyajdan maksimum dərəcədə qorumağa çalışırlar. Sadəlikləri ilə göz qamaşdıran fransız qadınları gecə makiyajla əsla yatmazlar. Makiyajı təmizləmək onlar üçün ənənəvi işdir.
Fransız qadınları üz dərisində qan dövranını sürətləndirmək üçün termal su işlədirlər. Termal sular dərini nəmləndirmək və təravətləndirmək qabiliyyətinə sahibdir. Bu baxımdan termal sular dəri üçün olduqca effektli vasitədir.
Fransız qadınları hesab edir ki, üzü tez-tez yumaq dərinin yağ və nəm balansını pozur. Buna görə də gün ərzində üzlərini çox az yuyarlar. Axşamlar isə dəri tipinə uyğun tonik və kremlə dəri təmizliyi edirlər.
Bu ölkədə yaşayan qadınların düşüncələrinə görə, baxımlı görünən və par-par parıldayan saç qadının gözəlliyini ön plana çıxaran ən əhəmiyyətli vasitədir. Onlar  saçları üçün kosmetik məhsulları işlətmək yerinə, ən təbii məhsullardan istifadə edirlər və saçlarını fenle yox təbii şəkildə qurudurlar.

Əvvəlki məqaləArtıq çəkidən xilas olmağın daha bir üsulu tapılıb
Növbəti məqalədəSutka ərzində maksimum 12 saat içərisində qida qəbul etmək məsləhət görülür