Kişiləri ovsunlamaq üçün qadınların üstünlük verdiyi müəyyən davranışlar var. Bu siyahıya görüş üçün bəzənib-düzənmək və kişilərə şirin ləqəblərlə müraciət etmək kimi klassik davranışlar da daxildir. Amma əslində qadınların hamısı kişilərin hansı rəftarı xoşladığını bilmək istəyər və bununla bağlı məsləhətləri nəzərdən qaçırmazlar. Xanımlar, kişiləri şirin, seksual, çılğın və buna bənzər hərəkətlərinizlə məst edə bilərsiniz. Yazını oxuyun, deyilənləri tətbiq edin və nəticə göz qabağında olacaq.

Hər nə qədər dodaq parladıcıların yapışqanlığından şikayət etsələr nəm effektli parlaq dodaqlar kişiləri cəlb edir.

Kişilərin çoxu qadınların çantalarında daşıdıqlarını lağa qoysalar da hər vəziyyətə uyğun əşya daşımaları onların diqqətini çəkər.

Kişilərin çoxu evlərində nizamsızdır. Evlərini nizama salan qadınlar güclü cins üçün əvəzolunmazdır.

Bəhanəyə ehtiyac olmadan sadəcə ağlınızdan keçdiyi üçün zəng etməyiniz, daxilən etiraf etməsələr də, kişilərin xoşuna gəlir. Bu, onu düşündüyünüzü bəlli edəcək özünəinam hissi və səmimiyyətə sahib olduğunuz deməkdir.

Qadınların yumşaq və xoş ətirli əllərindən kişilər “sino” gedir. Əllərinizə həmişə qulluq edin.

Qadınların “qoruyucu mələyi” kimi hiss etmək kişilər üçün qürurverici davranışdır.

Gözəl görünüşü üçün tonlarla pul xərclədiyinizdən şikayətlənsələr belə qadının baxımlı olması kişilərin diqqətini çəkən vacib amildir.

Qadınların əşyalarına göstərdikləri qayğı kişilərin gözündə sədaqət və fədakarlıq rəmzidir. Münasibətinizə göstərdiyiniz fədakarlıqla nə qədər sadiq və eribarlı olduğunuzu göstərirsiniz.

Qadınların özlərinə qulluq etmələrinə fikir verdikləri qədər sadə və təbii olmalarına da diqqət yetirirlər. İfrat makiyaj və vulqar geyim təbii halınız qədər onlarda xoş ovqat yaratmayacaq.

Həyatda uğur qazanmış, nə istədiyini bilən və yardımsevər qadınlar kişiləri cəlb edir.

Uşaqlarla yaxşı rəftar edən və onları sevə xanımlar kişilərin favoritidir.

Kişilərin çoxu köynəyini və ya maykasını qadınların əynində görməkdən həzz alırlar.

Bəzi kişilər qadınların dırnaqlarına boya sürməsinin estetik və cəzbedici olduğunu düşünür.

Özəl əşyaları əmanət edərək onlara duyduğu inamı göstərən qadınlar kişilərin xoşuna gəlir.

Hər nə qədər ətirli şamlardan, romantik auradan anlamayan biri kimi özünü göstərsə də bir çox kişinin belə şeylərdən xoşu gəlir.

Bəzən kişilərin qadınlarla qəsdən höcətləşdiyini yaddan çıxarmayın. Kimisi inadkarlıq göstərən qadınları cazibədar hesab edir, kimisi də uşaq kimi küsəyən xanımları.

Ayaqlar nə qədər cazibədar göstərsə də yüksək dabanlı ayaqqabı geyinən qadınlar kişilərin diqqətini çəkmir.

Kişilərin ürəyinə gedən yol mədələrindən keçir. Həvəslə hazırladığınız yemək onlar üçün çox ləzzətli olmalıdır.

Tənqid etmələrinə baxmayaraq qadınların həssaslıqlarını biruzə vermələri onlar üçün vacibdir, çünki heç bir kişi hisslərini rahat ifadə etmir.

Geyimdən tutmuş yeməyə qədər kişilərə qayğı göstərən qadınlar diqqət mərkəzindədir. Bu, münasibətlərin nə qədər əhəmiyyət daşıdığını göstərir.

İntim həyatınızda nə qədər başgicəlləndirici olsanız belə kişilərin əslində şəhvətin eyhamlarından (məsələn, baxışlar, xoş sözlər və s.) məst olduqlarını unutmayın.

Bir çox kişi qadınların hamamda duş qəbul etməsinə baxmaqdan həzz alırlar, onları çimərkən düşünmələrinin belə çox cəzbedici olduğunu etiraf edirlər.

Qadınların uzun müddət hazırlanmaları kişilər üçün işgəncədir, ancaq qadınlara soyunurkən baxmaqdan xoşları gəlir.

Dostlarının və başqalarının yanında istisna olmaqla, kişilərə xüsusi xitablarla müraciət etməyiniz kişiləri sevindirir.

Klassik yanaşma: Kişilərin çoxu ilk baxışda qadınların ayaqlarından təsirlənirlər.

Kişinin həqiqətən də bir qadından xoşu gəlirsə və ya onu sevirsə xanıma yatan yerdə baxmaqdan həzz alır.

Gözlənilməz sürprizlər kişiləri ağlını başdan çıxarır.

Evdə təmizlik işləri apararkən və ya yemək bişirərkən onların gözünə cəlbedici göründüyünü bilirsiz? Səbəbi aydındır, belə təbii görünürsünüz.

Kişilər onların hər söylədiyini diqqətlə dinləyən qadınlardan ötrü “ölür”lər.

Sürpriz alan qadının üzündə yaranan uşaqsayağı təbəssüm və gözlərinin parıltısı kişiləri başından çıxarır.

İstənilən məclisdə kişiləri yüksək səviyyədə təmsil edən qadınlara münasibət biganə deyil.

Bəzi kişilər qadınların onlara əlləri ilə yemək verməklərindən xoşlanırlar, bu, yaxınlığın göstəricisidir.

Kişilər rahatliqla hər şeyi paylaşa bildikləri, danışa bildikləri qadınları sevirlər.

Əvvəlki məqaləUşaqlıq yolunu daraltmaq üçün nə etmək lazımdır?(Qadınlara üçün)
Növbəti məqalədəRuh düşkünlüyünün müalicə yolları