gözəllik

Dodaq boyası və parıltısı nədən hazırlanır? Xanımların makiyajını tamamlayan pomada və dodaq parıltısının balıq pulcuqlarından hazırlandığını bilirdinizmi? Məlum olub ki, balığın bu tullantısı əsrlərdir ki, kosmetikada istifadə olunur.

Pulcuqların inci parlaqlığı pomadanı mirvari piqmentilə təmin edir. Bu piqment quanin adlanır. Quaninin balığın tullantısı olan pulcuqlardan alınmasına baxmayaraq, tam zərərsiz təbii maddədir. Hətta Sovet dövründə dodaq boyaları və göz kölgələrinin tərkibi quanindən ibarət olurdu.

Pomadanın nədən hazırlandığını bilirsiniz?

Quanini istehsal etmək çox çətindir. 100 kq pulcuqdan yalnız 1 kq quanin piqmenti alınır. Hazırlanma prosesi isə 8 sutka davam edir.

Bu gün istifadə etdiyimiz ucuz kosmetik vasitələrin tərkibində quanin olmur. Piqment vismut oksixlorid maddəsi ilə əvəz edilir ki, bu da sağlamlıq üçün zərərlidir. Quanin isə yalnız orqanik, təbii tərkibli kosmetik vasitələrin hazırlanmasında işlədilir.

Pomadanın nədən hazırlandığını bilirsiniz?

Odur ki, pomada, dodaq parıltısı və s. alarkən keyfiyyətinə və tərkibinə diqqət etmək vacibdir.

Leyla Sarabi

Əvvəlki məqalə39 yaşdan sonra qadın orqanizmi
Növbəti məqalədəArıqladan kokteyllər