evdar qadınPVX-profildən hazırlanan pəncərələr çox az hava buraxır, ona görə də otaqlarda rütubət olur (xüsusən də mətbəxdə).

Bu həm insanlara, həm də pəncərələrə üçün ziyanlıdır. Belə halların olmaması üçün bütün otaqların havasını hər gün 3-4 dəfə 15 dəqiqə olmaqla və hər səhər 20-30 dəqiqə ərzində dəyişmək lazımdır (xüsusilə də yataq otağını). Havanı dəyişərkən pəncərəni mümkün qədər geniş açmaq lazımdır ki, qısa vaxt ərzində havanı effektli dəyişmək mümkün olsun.

Belə pəncərələrdə tozu, soyuğu və səsi buraxmayan rezin sıxlaşdırıcıların istismar müddətini uzatmaq üçün onları ildə 1-2 dəfə çirkdən təmizləmək və xüsusi vasitələrlə silmək lazımdır. İstifadə üçün suyu yaxşı hopduran parça götürün. Bundan sonra sizin pəncərənizin sıxlaşdırıcıları elastik və su götürməyən keyfiyyətə malik olacaq.

Hər plastik pəncərənin içərisində yığılan suyu xaricə çıxartmaq üçün suçəkən kanallar var. Suyu çəkən kanallar pəncərənin aşağı hissəsindədir. Bu kanalların vəziyyətinə nəzarət etmək və onları vaxtaşırı çirkdən təmizləmək lazımdır. Həmçinin ildə 2 dəfədən az olmayaraq pəncərənin bütün hərəkət edən hissələrini tərkibində turşu, yaxud qatran olmayan yağlarla yağlamaq lazımdır.

Pəncərənin çərçivələrini təmizləmək üçün onu sadəcə sabunlu suda isladılmış nəm parça ilə silmək lazımdır.

Əvvəlki məqaləPaltarları quruducu olmadan necə qurutmaq olar?
Növbəti məqalədəNiyə qadınlar kişilərdən daha çox danışır?