Par- par parıldayan, gözəl dəriyə sahib olmaq üçün qızıl qaydalar

Təmizləmək, qorumaq və bəsləmək
Bunlardan sadəcə birini belə etməsəniz yaşam müvazinətini itirərsiniz. Körpənin də, dərinizin də. bunun üçün gündə on dəqiqənizi dərinizə ayırmanız yetərlidir.
Dərimi necə qoruya bilərəm?
Dərinizin üzərində təbii tər və yağ ifrazatından ibarət bir qoruyucu təbəqə var. (buna dərinizin təbii kremi də deyə bilərik) Bu təbəqə xarici təsirlərdən onu qorumaq üçün var. Amma müasir yaşam tərzi və xarici təsirlərlə bu təbəqə dərinin qorunmasına yetmir. Azon təbəqəsindəki yırtıq, sərt günəş şüaları, günəşdə yanmış dəri modası və kimyəvi maddələr.
Qadınlar dəriləri qovrulmuş və bürüşmüş olaraq yaşayırlar. Bəs dərimizi necə qoruya bilərik?
Yay, ya da qış olsun, mütləq ən az 15SPF qoruma faktoru olan nəmləndirici krem çəkmədən günə başlamayın: 
1. Tunc dəri əldə etmək üçün əsla üzünüzü birbaşa günəşə çevirməyin.
2. Sərt havada xüsusi kremlər çəkin.
3. Bədənə zəhər daşıyan hər cür vərdişi (siqaret, alkoqol) həddində saxlayın.
4. Diş həkimliyi, keramika, rəng, şüşə işləri kimi kimyəvi maddələrdən istifadə edirsinizsə mütləq iş zamanı maska taxın.
5. Su içmə adətinizi artırın.
 
Dərimizi necə təmizləyə bilərik?
Külək, hava kirliliyi, günəş, stress, kondisionerli mühitlər, mövsümi istilik fərqləri, xalçadan uçan sintetik tüklərdən istifadə etdiyiniz palraryuyan maddəyə qədər hər şey xarici dünya ilə təmasdakı dərinizi sıradan çıxardır. Bunun üçün hər gün makyaj etsəniz də, etməsəniz də dərini xaricdən gələn kirlərdən təmizləməniz vacibdir. Dərinin təbii təbəqəsinə zərər vermədən, cızmadan, yaralamadan təmizləməniz üçün xüsusi kosmetik vasitələr hazırlanıb. Süd, gel və ya sbun şəklindədi.
Cildin həssas və ya yağlı olmasına görə xüsusi tərkiblə hazırlanan təmizləmə kosmetikalarını seçərkən istifadə üsullarına da diqqət edin. Yağlı və quru dərilər üçün daha çox gel və sabun şəklində hazırlanırlar. Amma həssas dərilər üçün də gel, yaxud sabun olan xüsusi vasitələr də var. Vacib olan əl sabunu kimi qurudan bir məmulla dərini təmizləməyəsiniz.
Çünki sabunla tamamilə qoruma təbəqəsindən azad olan dəriniz yuyulmadan sonra quruyacaq, gəriləcək və qırışacaq. Üzünüzə su dəymədən süd ilə təmizləməyi seçsəniz bundan sonra layondan da istifadə etməniz gərəkəcək. südü barmaq uclarıyla, dairəvi hərəkətlərlə üzünüzün üzərində yayarkən bütün kirlər və makyaj qalıqları da südün tərkibindən irəli gələrək yumşalacaq. Üzünüzü kağız salfetlə sildikdən sonra pambığa bir az lasyon töküb cildinizdəki süd artıqlarını silin.
Cildiniz quru, normal, yağlıdırsa lasyonları dəqiq seçin.
Çünki toniklərdə spirt var və yağlı dərilər üçündü. Yağ ifrazatlarına təsir etmək üçün spirtdən istifadə olunub və əgər cildiniz onsuz da qurudursa dərinizdə olan-qalan yağı da əksildəcək.
Kosmetika olaraq lasyon və tonika arasındakı tək fərq birinin spirtli, digərinin isə olmamasıdı. Bunu dəqiq yadınızda saxlamağınız vacibdir. Çünki bəzən hər ikisinə də tonika deyənlər olur. Məmulu seçərkən tərkibinə baxmanız yetərli olacaqdı.
Təmizlik prosesi bitəndə gecədirsə gecə kremini, gündüzdürsə gündüz nəmləndiricisini çəkin. Bütün bu proseslər maksimum 5 dəqiqənizi alacaq. Tənbəllik etməyin. Dəri uzun müddətdə sizə bu qulluğunuzun qarşılığını verəcək.
Cildimi necə bəsləyim?
Dəriniz də bədəninizin digər orqanları kimi gündüz yaşayır və borcunu yerinə yetirir, gecə də istirahətə və özünü bərpaya çəkilir. Bunun üçün hüceyrə yenilənməsi gecələr baş verir. Bəsləyici kremlərin gecə istifadəsinin səbəbi də budur.
Dəriyə təzə qalmağa kömək edən aktiv maddələr gecə kremləriylə yedirilir. Buna görə də gündüz çəkdiyiniz gecə kremindən, yaxud gecə çəkdiyiniz bir nəmləndiricidən heç bir təsir gözləməyin. Gecə kremləriylə dərini bəsləmək olar. Amma lazımi kremi necə seçəcəksiniz?
Cildiniz yağlıdırsa və sivilcə problem varsa, yağ ifrazatlarını tənzimləyən, aktiv maddələri olan kremdən istifadə edərək zamanla normal bir dəriyə sahib olacaqsınız.
Dəriniz həssas və alergikdirsə imunitet sistemini qüvvətləndirici gecə kremləriylə əsasını gücləndirə bilərsiniz.
Dəriniz sallanmağa və bozarmağa başlayıbsa toxumanı qüvvətləndirən, qırışıqlıqların aradan qaldırılmasına kömək edən, aktiv maddələri olan kremlərdən istifadə edə bilərsiniz.
Dəriniz ləkəli və cansızdırsa onların yox olmasını köməkçi kimyəvi maddələri olan kremlərin gecə də təsir etməsiylə tezləşdirə, hüceyrə yenilənməsini də sürətləndirə bilərsiniz.
Kosmetikalar içərisində yeni inqilab olan system iynələri də var. kremdən 300 dəfə tez dəri altına nüfuz etdiklərindən gecə və gündüz kremlərinin altından istifadə olunur və təcili bərpa işlərinə yarayırlar. Bu sistemlər təkbaşına istifadə olunmur. Mütləq hər hansı bir kremlə dəktəklənməlidir.
Stress məsələsini də unutmayın. Stress bədənin qidalardan daha vacib vitamin və mineralları alma gücünü azaldır, imunitet sistemini zəiflədir. Sizi viruslara və mikroblara qarşı müdafiəsiz buraxır. Vücudunuz belə zəif bir sistemə bolluca süni qidalar və zərərli kosmetikalar da alırsa xəstələnməməyi gözləmək möcüzə olar. Siz stress içində çabaladığınızda dərinizdə güllər açmasını gözləməyin. Alış-verişə çıxanda, pula qənaət etməli olduğunuz yerin kosmetika olmadığına əmin olun.
Və unutmayın ki, sıxılıb həyəcanlananda necə mədəniz sancırsa, qan beyninizə sıçrayırsa eyni şok təsirlər dərinizdə də olur. Çox stresli qadınların dərilərinin də sağlam görünmədiyini bilirsiniz. Bunun üçün dərinizə qulluq etmək fikrinə düşəndə mütləq ruhunuza da qulluq edin.
Əvvəlki məqaləSeks haqda bilmədikləriniz!(+18)
Növbəti məqalədəPsixoloqdan valideynlərə – Çağırış