digərBəzən  paltaryuyan maşından yanlış istifadə korlanmış paltarlarla yanaşı, maşının özünə də ziyan vurur. Buna görə də sizə paltaryuyan maşınlardan düzgün istifadə etmək üçün bəzi məsləhətləri təqdim edirik.

Bəzən  paltaryuyan maşından yanlış istifadə korlanmış paltarlarla yanaşı, maşının özünə də ziyan vurur. Buna görə də sizə paltaryuyan maşınlardan düzgün istifadə etmək üçün bəzi məsləhətləri təqdim edirik.

Düzgün yuma üçün məsləhətlər:

  • Paltaryuyan maşınının bütün proqramlarını təyinatlarını oxuyub yadda saxlayın. Beləliklə, siz əşyalarınızın lazımsız rənglənməsindən, onların formasının itməsindən və hətta cırılmasından yaxa qurtara bilərsiniz.
  • Paltaryuyan maşına heç vaxt həddən artıq çox təmizləyici vasitə əlavə etməyin. Məsələn, əgər sizdüşünürsünüzsə ki, paltarınız ləkəlidir, bu zaman siz daha çox yuyucu toz əlavə etmək istəyirsiniz. Belə olan halda su çox köpüklü olacaq və maşın paltarı yaxşı durulaya bilməyəcək. Buna görə yaxşı olar ki, siz paltarları daha az sayda yerləşdirəsiniz və qeyd olunan qədər yuyucu toz əlavə edəsiniz. Təbiki istisna hallar var.Məsələn , LG yeni nəsil paltaryuyan maşınları ağıllı sistemlə çalışır və isdənilən halda paltarlarınızın qeydinə qalır.
  • Heç vaxt paltaryuyan maşının içərisində nəm paltar saxlamayın. Çox vaxt siz həddindən artıq məşğul olduğunuz üçün yuyulmuş paltarları unudursunuz. Bunun nəticəsində isə maşında qalan nəm paltarlar kiflə örtülə və pis qoxu əldə edə bilər.
  • Paltar yumazdan əvvəl rənglərə görə geyimləri ayırmağı unutmayın. Çalışın paltaryuyan maşına yalnız bir rəngdə olan geyimləri qoyasınız. Həmçinin yeni və rəngli əşyaları (tünd cinsləri, qırmızı və çəhrayı rəngdə olan geyimləri) ilk öncə ayrıca isladıb onların rənginin çıxıb çıxmamasını yoxlayın. Bundan əlavə paltar yuyarkən cibləri də yoxlamağı unutmayın!

Ən geniş yayılmış problemlərdən biri yuma zamanı unudulmuş paltarlardır.Artıq buda problem deil. Samsung add wash paltaryuyan maşınları ilə siz unudlmuş paltarları maşın işləyərkən belə əlavə edə bilərsiniz.

Hər zaman paltar yuyan maşının saz və işlək vəziyyətdə olmasını və sabitliyini yoxlayın. O işə düşməmiş onun yanından ayrılmayın. Əgər o sıxma vaxtı güclü tərpənərsə, onda bu onun sınmasına və bahalı təmirə gətirib çıxara bilər. Buna görə diqqətli olun.

Əvvəlki məqaləÜtü alarkən nələrə diqqət etməlik?
Növbəti məqalədəNecə edək ki, kişilər xəyanət etməsin